Ana Sayfa > Karusel / Gündəm > Rusiya sülhməramlıları Qırmızı Bazarı minalardan təmizlədi
Rusiya sülhməramlıları Qırmızı Bazarı minalardan təmizlədi18-02-2021, 10:45. Yazar: sevinc1 |
![]() Rusiya sülhməramlı kontingentinin minaların təmizlənməsi bölüyü Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsini partlayıcı maddələrdən təmizləyib. Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, Rusiya istehkamçıları aralarında 122 mm-lik yüksək partlayıcı top mərmiləri və kumulyativ tank sursatı da daxil olmaqla 400-ə yaxın partlayıcı maddəni zərərsizləşdirib. Aşkar edilmiş partlayıcılar xüsusi təchiz olunmuş Ballıca poliqonunda məhv edilib. Evakuasiya edilə bilməyən sursatlar təhlükəsizlik tədbirləri görülməklə yerində zərərsizləşdirilib. Ümumilikdə, 23 noyabr 2020-ci ildən bəri 1419 hektar ərazi, 443 km yol, 30 sosial əhəmiyyətli obyekt daxil olmaqla 1361 tikili partlamamış hərbi sursatlardan təmizlənib, 24 453 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.(azvision.az) Geri dön |