Mobil versiya
Məşhur Məmmədov: "Prezidentin hər səfəri işğaldan azad olunan torpaqlara həyatı qaytarır"
Tarix: 17-02-2021 | Saat: 11:29
Bölmə:Manşet / Siyasət / Seçilənlər-7 | çapa göndər

Məşhur Məmmədov: "Prezidentin hər səfəri işğaldan azad olunan torpaqlara həyatı qaytarır"

"Hərbi əməliyyatların bitməsindən sonra Prezident İlham Əliyevin mütəmadi olaraq işğaldan azad edilmiş rayonlara səfər etməsi dövlət başçısının bu məsələlərə nə dərəcədə həssas yanaşdığının sübutudur". Bu fikirləri "SƏS" qəzetinə açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, milllət vəkili Məşhur Məmmədov deyib.

M.Məmmədov Azərbaycan dövlət başçısının işğaldan işğaldan azad olunmuş rayonlara səfərləri və ən əsası, bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin dövlətimizin başçısı tərəfindən qoyulması həm siyasi, həm iqtisadi, həm də mənəvi cəhətdən mühüm əhəmiyyət kəsb etdiyini deyib: "Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfər etməklə bu ərazilərin Azərbaycana aid olduğuna, xalqımızın bu torpaqlara artıq əbədi döndüklərinə dair növbəti dəfə bütün dünyaya açıq şəkildə mesaj ünvanlamış oldular. Görülən işlərin, həyata keçirilən layihələrin siyasi və iqtisadi əhəmiyyəti öz yerində, ancaq Ermənistanda revanşist qüvvələrin bəyanatları, çağırışları da Azərbaycan Prezidentinin diqqətindən kənarda qala bilməz. Dövlət başçısı Ermənistanda məğlubiyyətlə barışmaq istəməyən, qisasçılığa, müharibəyə, revanşa səsləyən qüvvələrə növbəti dəfə xəbərdarlıq edərək, onları xam xəyallar qurmaqdan çəkinməyə çağırıb. Dövlət başçısı bir daha öz sərt mesajını verərək deyib ki, onlar anlamalıdırlar ki, biz hər şeyə diqqət yetiririk, hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın. Revanşist qüvvələrə torpaqların azad edilməsi zamanı ordumuzun apardığı döyüşləri, Ermənistan ordusunun darmadağın edildiyini, Azərbaycanın prinsipial mövqeyinin qələbə çaldığını xatırladıb, bu ölkənin iqtidarlı-müxalifətli bütün qruplarına keçmişdən dərs çıxarmağı məsləhət görüb".

M.Məmmədov vurğulayıb ki, hazırda Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə intensiv şəkildə bərpa-quruculuq işləri həyata keçirməkdədir. Bu işlər çərçivəsində inşasına başlanılan mühüm strateji obyektlərin, müəssisələrin təməlinin Prezident İlham Əliyev tərəfindən şəxsən qoyulması görülən işlərin xüsusi diqqət mərkəzində saxlandığından xəbər verir: "Bu gün mən azad edilmiş torpaqlara yenidən gəlmişəm. Bu gün bu torpaqlarda bir neçə tədbir keçirilir. Bu tədbirlərin məqsədi azad olunmuş torpaqları tezliklə bərpa etməkdir ki, insanlar buraya qayıtsınlar və bu torpaqlara həyat gəlsin".

Bərpa işləri arasında elektrik enerjisinin xüsusi yer tutduğunu deyən M.Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyev səfər zamanı da sözügedən məsələyə xüsusi diqqqət yetirildiyini deyərək bildirmişdir ki, ilk növbədə Şuşa şəhərini elektrik enerjisi ilə təchiz etmək üçün əməli addımlar atılır və birinci mərhələ başa çatıb və Şuşanı dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün "Azərenerji" Səhmdar Cəmiyyəti də yüksəkgərginlikli xətlər çəkir və şəhərdə elektrik yarımstansiyası inşa edir. Dövlət başçımız Güləbird kəndində Su Elektrik Stansiyasının açılışı zamanı bildirib ki, işğaldan azad edilmiş rayonlarda "yaşıl enerji" zonasının yaradılması məqsədilə ilkin olaraq pilot layihələr qismində bəzi yerlərdə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının da tətbiqi baş tutacaq: "İşğaldan azad edilmiş bütün şəhər və rayonların baş planlarının hazırlanması ilə bağlı Prezidentin tapşırığının icrası hazırda yüksək surətlə davam etməkdədir. Eyni zamanda, işğaldan azad edilmiş rayonlarda "yaşıl enerji" zonasının yaradılması məqsədilə ilkin olaraq pilot layihələr qismində bəzi yerlərdə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının da tətbiqi baş tutacaq. Ağıllı kənd layihəsi ilkin olaraq Zəngilan rayonunun Üçüncü Ağalı kəndində icra olunacaq".

Səfər zamanı Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən tarixi əhəmiyyətli Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməl daşı qoyulması da xüsusi əhəmiyyətli məsələ olduğunu deyən Məşhur Məmmədov səfər zamanı Prezident İlham Əliyev bu dəmir yolunun çox böyük strateji əhəmiyyətiinin olduğunu da vurğulayaraq bildirib ki, Horadiz-Ağbənd dəmir yolunun istifadəsi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında dəmir yolunu bir-birinə bağlanacaq: "Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Digər tərəfdən, bu dəmir yolu Naxçıvana gedəcək. Noyabrın 10-da imzalanmış Birgə Bəyanatda Naxçıvan dəhlizinin yaradılması ilə bağlı xüsusi müddəa var. Artıq bu işlərə start verildi".

M.Məmmədov dövlət başçımızın dediyi kimi, Horadiz-Ağbənd dəmir yolunun istifadəsi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında dəmir yolunu bir-birinə bağlanacaq. Bu tarixi əhəmiyyətli kommunikasiya xəttinin açılışı bir zamanlar ermənilərin havadarlarının və işğalçıların xalqımıza qarşı məkrli planlarını məhv etmiş olacaq. Bir sözlə, dövlət başçımızın dediyi kimi: "Bu bayrağın altında Azərbaycan xalqına doğma Laçın diyarından müraciət edirəm. Bizim Qələbəmiz tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik. Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq. İndi isə bərpa işləri gedir və gedəcək. Mən demişəm, biz bu bölgəni - Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!".

Millət vəkili bildirib ki, Azərbaycan rəhbərinin siyasi iradəsi, verdiyi vədlərlə əməllərinin vəhdəti onu deməyə əsas verir ki, çox keçməyəcək işğaldan azad edilmiş torpaqlara həyat qayıdacaq, bu ərazilər yenidən çiçəklənəcək, bura təkcə ölkənin deyil, regionun ən inkişaf etmiş məskənlərindən birinə çevriləcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024