Mobil versiya
Arif Fərzəliyev: “Milli Prioritetlər iqtisadi yüksəlişin yeni mərhələsinə keçidi təmin edir”
Tarix: 08-02-2021 | Saat: 16:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

Arif Fərzəliyev: “Milli Prioritetlər iqtisadi yüksəlişin yeni mərhələsinə keçidi təmin edir”


“Ölkə Prezidenti tərəfindən müəyyən edilmiş sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər respublikanın iqtisadi yüksəlişinin təməlini möhkəmləndirməklə bu sahədə yeni, daha yüksək mərhələyə sürətli keçidi təmin edəcək”– bu sözləri saytımıza verdiyi müsahibəsində Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev deyib.

Əməkadşımızın suallarını cavablandıran Arif Fərzəliyev bildirib ki, Prezident İlham Əliyev tərəfindən sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin müəyyənləşdirilməsi növbəti on il ərzində Azərbaycanın inkişaf etmiş ölkələr sırasında öz layiqli yerini tutması istiqamətində mühüm addımlar atılacağından və sistemli islahatların davam etdiriləcəyindən xəbər verir: “Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi iqtisadi-siyasi kurs hər zaman dövlətimizin qüdrətinin artmasına, xalqın rifah halının yüksəlməsinə yönəlmiş olub. Danılmaz həqiqətdir ki, son 17 ildə Azərbaycan siyasi, sosial-iqtisadi və mədəni həyatında böyük inkişaf yolu keçmişdir. Həmçinin bu illər ərzində ölkəmizin iqtisadiyyatı dinamik inkişaf edib, dövlətimizin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb, cəmiyyətdə dövlətçilik ənənələri güclənib. Dinamik iqtisadi inkişaf, əhatəli sosial islahatlar ölkənin hərbi qüdrətinə də öz müsbət təsirini göstərib. Torpaqlarımızın işğaldan azad edilməsində və ölkəmizin ərazi bütövlüyünün bərpasında bu amillərin həlledici rolu olub. Bu gün isə Azərbaycanın hərb və diplomatiya sahəsində əldə etdiyi uğurlar artıq bizim qarşımızda yeni inkişaf yolunun xəritəsini çəkir. Məhz bu baxımdan dövlətimizin başçısı tərəfindən növbəti 10 il üçün ölkənin sosial-iqtisadi inkişafına dair Milli Prioritetlərin müəyyənləşdirilməsi də bu sahələrdə daha yüksək göstəricilərin əldə olunmasına zəmin yaradır. Bu prioritetlər ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsi möhkəmləndirilməsini, dövlətin iqtisadiyyatda rolunun bazaryönlü islahatlar vasitəsilə effektiv və səmərəli idarə olunmasını, özəl mülkiyyət institutlarının gücləndirilməsini, biznesə dost dövlət idarəetməsi və xarici bazarlara yerli məhsulların çıxışını artırmaq məqsədilə ticarət rejimlərinin daha da liberallaşdırılmasını nəzərdə tutmaqla iqtisadi yüksəlişin təməl amillərini müəyyən edirlər.”

Daha sonra təşkilat sədri vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası Azərbaycanın inkişafına böyük təkan verəcək: “İşğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yaradılacaq yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın iqtisadi inkişafına yeni dinamika gətirəcək. Bu çərçivədə regional təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi baxımından lider dövlət olan Azərbaycanın Cənubi Qafqazda iqtisadiyyatın ümumi formasının müəyyən edilməsində rolu daha da möhkəmləncək. Ölkə Prezidenti tərəfindən uğurla həyata keçirilən xarici və daxili siyasət nəticəsində əldə olunmuş sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan

Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir.”

Həmçinin Arif Fərzəliyev bildirib ki, bu gün Azərbaycanda iqtisadiyyatın davamlı inkişafını təmin etmək üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsi möhkəmləndirilməsi də mühüm amillərdən biri kimi çıxış edir: “Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair aşağıdakı beş Milli Prioritet müəyyən edilmişdir:dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə böyük qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi. Bu prioritetlər ilk növbədə davamlı və yüksək iqtisadi artımı, daxili və xarici təsirlərə dayanıqlığın təminatını, iqtisadi inkişafdan hər bir vətəndaşın bəhrələnməsini, insanların yüksək və ədalətli sosial təminaıtını, inklüziv cəmiyyət qurulmasını, paytaxt və regionların tarazlı inkişafını, gələcək illərdə dünyada artacaq rəqabətə hazır olmaq üçün ölkənin yüksək rəqabətli insan kapitalının formalaşdırılmasını, vətəndaşların sağlam həyat tərzinin təmin edilməsini, vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasını və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasını, ölkə üzrə yüksək keyfiyyətli ekoloji mühitin və yaşıl enerji məkanının formalaşdırılmasını nəzərdə tutur. Göründüyü kimi, sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər növbəti on il ərzində iqtisadi resursların daha yüksək əlavə dəyər yaradan sahələrə istiqamətlənməsini təmin etməklə Azərbaycanda müşahidə olunan sosial-iqtisadi inkişafı tamamilə yeni, keyfiyyətcə daha yüksək mərhələyə çıxaracaq.”

Abbas Abbasov
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024