AZ RU Mobil versiya
“Real”la “Alaves” də bacarmayıb
Tarix: 24-01-2021 | Saat: 14:03
Bölmə:İdman | çapa göndər

“Real”la “Alaves” də bacarmayıb

İspaniya La Liqasında XX turun mübarizəsi davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün daha 4 oyun keçirilib.

Autsayder "Ueska"nın qonağı olan "Vilyarreal" qolsuz heç-heçə ilə kifayətlənib.

"Sevilya" doğma arenasında "Kadiz"ə Yussef En Nesirinin het-triki sayəsində qalib gəlib.

"Real Sosyedad"la "Betis"in duelində qonaqlar son dəqiqələrdə vurduqları qollarla 1 xal qazanmağa müvəffəq olub.

İspaniya Superkuboku və Kral Kubokunda məğlub olan "Real" La Liqada axırıncı yenilgisini 8 tur əvvəl aldığı "Alaves"in qonağı olub. Son 8 matçın 6-da qələbə qazanıb, 2-də heç-heçə edən "kral klubu" bu səfərdən də 3 xalla dönməyə müvəffəq olub.

Turun digər oyunları yanvarın 24-25-də keçiriləcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi

486 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-03-2021
03-03-2021