AZ RU Mobil versiya
Pandemiya dövründə seriallara baxış necə olub? - Tədqiqat
Tarix: 22-01-2021 | Saat: 09:40
Bölmə:Cəmiyyət | çapa göndər

Pandemiya dövründə seriallara baxış necə olub? -


Pandemiya ilə əlaqədar tətbiq edilən karantin rejimləri gənclərin boş vaxtlarının keçirməsinə sərf etdikləri məşğuliyyət növünün də dəyişməsinə təsir göstərib. Aparılan tədqiqat zamanı da məlum olub ki, pandemiya dövründə gənclər arasında seriallara baxış nisbəti artıb.

Bununla bağlı sosioloji tədqiqat aparan Türkiyənin Üsküdar Üniversitetinin sosiologiya kafedrasının müdiri, sosiologiya elmləri doktoru, professor Əbülfəz Süleymanlı Trend-ə açıqlamasında bildirib ki, 2020-2021 tədris ilində Türkiyənin 146 fərqli dövlət və özəl universitetində həyata keçirilən onlayn sorğuda 18-26 yaşlarında 79 fərqli bölüm üzrə təhsil alan 1865 gənc arasında keçirilib.

Sorğuda iştirak edən gənclərin yüzdə 70,2-si "Pandemiya zamanı televiziya baxış səviyyəniz artdı?" sualına "bəli", 29,8-i suala "yox" cavabını verdi. "Televiziya seriallarını ən çox hansı saat intervalı ilə izləyirsiniz?" sualına iştirakçıların yüzdə 56,7 nəfəri 19:00-23:00, 34,3 nəfəri 23:00-09: 00, 8,9 nəfəri 09:00-19:00 arasında cavab verib.

"İzlədiyiniz ən sevdiyiniz serial nədir?" sualına iştirakçıların yüzdə 21,6-i komediya, 15,9-i dram, 12,1-i macəra, 6,7-i triller, 6,5 faizi romantik, 2,5-i şiddət seriallarına baxdıqlarını bildirdi. İştirakçıların yüzdə 4,9-i heç bir seriala baxmadıqlarını qeyd ediblər.

"İzlədiyiniz seriallarda sizin üçün ən vacib element nədir?" sualına iştirakçıların yüzdə 84,6-sı serialın məzmunu və mövzusunun, yüzdə 10,9-u aktyor heyətinin, yüzdə 1,7-i rejissorun, yüzdə 0,8-i prodüser şirkətin, yüzdə 0,5-i televiziya kanalının vacib olduğunu bildirdi.

"İzlədiyiniz serialları necə seçirsiniz?" sualına gənclərin yüzdə 58,6 "öz axtarışı", yüzdə 16,9-u "dost məsləhəti", yüzdə 11,8-i "önə çıxmalar", yüzdə 11,3-ü "populyarlıq sıralanması"na görə seçdiyini söyləyib.

"Qəzet, internet, sosial media və televiziyada yayımladığınız seriallara dair xəbərləri izləyirsinizmi?" sualına iştirakçıların yüzdə 26-sı "bəli", yüzdə 53-ü "bəzən" və 21.1 "yox" cavabını verib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

573 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-03-2021