Mobil versiya
Saakaşvili Azərbaycanda məktəblərdəki münaqişədən danışdı, İranı ittiham etdi
Tarix: 13-10-2026 | Saat: 12:59
Bölmə:Gündəm | çapa göndər

Saakaşvili Azərbaycanda məktəblərdəki münaqişədən danışdı, İranı ittiham etdi

"Azərbaycan məktəblərdə vahid geyim forması təsdiqlənib. Bu, Azərbaycanın dünyəvi dövlət kimi mövqeyini möhkəmləndirmək və islamçıların təsirinin qarşısını almaq istiqamətində atdığı çox mühüm və cəsarətli addımdır".

aia.az xəbər verir ki, bu sözləri Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili özünün sosial şəbəkə hesabında yazıb.

"Bu arada, Azərbaycanda artıq təsir imkanlarını reallaşdıra bilməyən İran Gürcüstanda yaşayan azərbaycanlıların radikal islamlaşmasını fəal şəkildə həyata keçirir. Bu isə Gürcüstanın dövlətçiliyi və ərazi bütövlüyü üçün ölümcül təhlükə yaradır. Buradakı islamçılar həm Gürcüstan, həm Azərbaycan, həm də bütün region üçün təhlükə törədirlər", - deyə Saakaşvili bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-10-2026