AZ RU Mobil versiya
Məşhur Məmmədov: Qarabağ hər zaman səfalı və əsrarəngiz diyar olub
Tarix: 21-01-2021 | Saat: 19:44
Bölmə:Manşet / Seçilənlər-7 | çapa göndər

Məşhur Məmmədov: Qarabağ hər zaman səfalı və əsrarəngiz diyar olub

“Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu yaxınlarda Şuşanı mədəniyyətimizin paytaxtı elan etdi. Ardınca ölkə başçısının Şuşaya səfəri ədalətin bərpa olunduğunu və və qalibiyyətin təntənəsini nümayiş etdirdi. Həmçinin Prezident İlham Əliyevin Şuşaya səfəri zamanı Füzuli beynəlxalq hava limanının, Füzuli-Şuşa yeni avtomobil yolunun təməlinin qoyulması müasir Azərbaycanın tarixində ən mühüm hadisələrdən biridir”. Bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov deyib.

M.Məmmədov bildirib ki, ölkə başçısının mövqeyi daim inkişafa və tərəqqiyə əsaslanıb. Onun sözlərinə görə, Şuşaya səfər edən zaman Prezident İlham Əliyev çıxış edərək çox önəmli məsələlərə toxundu. Azərbaycan Prezidenti tamamilə haqlı olaraq qeyd etdi ki, milli maraqları müdafiə edən, iradəli liderlər, milli birliyi olan ölkələr qələbə qazanırlar və Azərbaycanın timsalında hər kəs bunun şahidi oldu. Qarabağın tacı sayılan və mədəniyyətimizin paytaxtı elan olunan Şuşa şəhərinin bərpası isə ölkə rəhbərinin söylədiyi kimi planlı şəkildə təmin olunacaq. Artıq bütün təhlillər aparılıb və müvafiq göstərişlər verilib.

Deputa qeyd edib ki, Qarabağ hər zaman səfalı və əsrarəngiz diyar olub: “Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Qarabağın işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması kimi çox çətin vəzifə uğurla başa çatdırıldı. Artıq işğaldan azad edilmiş ərazilərimizdə həyat canlanıb. Yenidənqurma işlərinə start verilib. Təbii ki, bu işlər proqram çərçivəsində uğurla icra olunacaq. Çox qısa zamanda biz bu işlərin nəticəsini görəcəyik. Ermənilər tərəfindən məhv edilmiş Qarabağ bölgəsi tamamilə yeni simada olacaq”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi

6159 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-03-2021