Azərbaycanda çovğun bu səbəbdən olacaq - Umayra Tağıyeva açıqladı
Tarix: 18-01-2021 | Saat: 13:38
Bölmə:Karusel / Media | çapa göndər

Yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin dəyişməsinə səbəb olan amil Türkiyədən hərəkət edən siklonun ölkə ərazisindən keçməsidir.
Bunu Trend-ə ETSN yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, yanvarın 19-da axşam soyuq atmosfer cəbhəsinin paytaxta yaxınlaşması nəticəsində burada hava şəraiti dəyişəcək. Paytaxtda havanın yağıntılı olacağı, sonrakı günlərdə yağıntının sulu qara, qara keçəcəyi gözlənilir:
"Həm küləkli hava şəraiti, həm də sulu qarın yağması nəticəsində yanvarın 20-də axşam saatlarında, yanvarın 21-də gecə və səhər saatlarında havanın çovğunlu olacağı ehtimalı var. Yanvarın 21-də, 22-də şəhərətrafı yolların buz bağlayacağı istisna edilmir".
U.Tağıyeva qeyd edib ki, respublikanın rayonlarında bu proses bir qədər tez başlayacaq:
"Bu gün axşam saatlarından başlayaraq, əvvəlcə respublikanın qərb və şimal rayonlarında havanın dəyişiləcəyi, yağıntılı və qarlı olacağı gözlənilir. Yanvarın 19-dan 21-i gündüzədək bu prosesin bütün bölgəni əhatə etməsi və bəzi rayonlarda qarın intensiv olacağı istisna olunmur.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
03-03-2025
12:29 Sabah 12° şaxta olacaq
01-03-2025