Ana Sayfa > Karusel / Media > Azərbaycanda çovğun bu səbəbdən olacaq -
Azərbaycanda çovğun bu səbəbdən olacaq -18-01-2021, 13:38. Yazar: sevinc1 |
![]() Yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin dəyişməsinə səbəb olan amil Türkiyədən hərəkət edən siklonun ölkə ərazisindən keçməsidir. Bunu Trend-ə ETSN yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, yanvarın 19-da axşam soyuq atmosfer cəbhəsinin paytaxta yaxınlaşması nəticəsində burada hava şəraiti dəyişəcək. Paytaxtda havanın yağıntılı olacağı, sonrakı günlərdə yağıntının sulu qara, qara keçəcəyi gözlənilir: "Həm küləkli hava şəraiti, həm də sulu qarın yağması nəticəsində yanvarın 20-də axşam saatlarında, yanvarın 21-də gecə və səhər saatlarında havanın çovğunlu olacağı ehtimalı var. Yanvarın 21-də, 22-də şəhərətrafı yolların buz bağlayacağı istisna edilmir". U.Tağıyeva qeyd edib ki, respublikanın rayonlarında bu proses bir qədər tez başlayacaq: "Bu gün axşam saatlarından başlayaraq, əvvəlcə respublikanın qərb və şimal rayonlarında havanın dəyişiləcəyi, yağıntılı və qarlı olacağı gözlənilir. Yanvarın 19-dan 21-i gündüzədək bu prosesin bütün bölgəni əhatə etməsi və bəzi rayonlarda qarın intensiv olacağı istisna olunmur. aia.az Geri dön |