Mobil versiya
“Şuşa hər zaman Azərbaycanın tacı olub və bundan sonra da belə olacaq”
Tarix: 07-01-2021 | Saat: 18:52
Bölmə:Manşet / Seçilənlər-7 | çapa göndər

“Şuşa hər zaman Azərbaycanın tacı olub və bundan sonra da belə olacaq”

Məşhur Məmmədov: “Ölkə başçısı bu qərarı ilə bir daha göstərdi ki, Qarabağ, o cümlədən Şuşa Azərbaycan üçün vazkeçilməzdir”

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Məşhur Məmmədov söyləyib. Şuşanın Azərbaycan xalqının dünənində və bugünündə özünəməxsus rolu olduğuna diqqət çəkən millət vəkili qeyd edib ki, Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi bu gerçəyi bir daha sübut edir:

“Azərbaycanın dövlət himninin müəllifi dahi Üzeyir Hacıbəyovdan tutmuş, bir çox böyük musiqiçilərin, elm və mədəniyyət xadimlərinin, şair və yazıçıların, dövlət xadimlərinin həyat və fəaliyyəti məhz Şuşa ilə bağlı olub.

Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi ölkə başçısı tərəfindən atılan olduqca mütərəqqi bir addımdır. Hansı ki, bu addım özündə bir çox məqamı ehtima edir.
Şuşanın mədəniyyət paytaxtı elan edilməsi hər şeydən öncə Azərbaycan həqiqətlərini - Şuşanın məhz Azərbaycana məxsusluğu gerçəyini bir kəs daha beynəlxalq ictimai rəyin diqqətinə çatdırmaq baxımından önəmlidir. Ikincisi, bu addım beynəlxalq ictimaiyyətin diqqətini Şuşada görüləcək işlərə cəlb etmək baxımından da mühüm əhəmiyyət kəsb edir. Üçüncüsü, bu addım erməni yalanlarını, ermənilərin işğalçılıq siyasətini ifşa etmək baxımından böyük əhəmiyyətə malikdir.
Bildiyiniz kimi, ermənilər Şuşanın, eləcə də bir sıra torpaqlarımızın onlara məxsus olduğunu iddia edir. Halbuki, bu 30 il ərzində onlar işğalda saxladıqları torpaqlarda nəinki hər hansı qurucluq işi aparmayıb, əksinə, daşı-daş üstündə qoymayıblar. İşğaldan azad edilən bütün rayonlarımızda ermənilərin talançılıq, dağıdıcılıq siyasəti özünü açıq şəkildə göstərir. Əgər Şuşa, eləcə də digər rayonlarımız həqiqətən də ermənilərin vətəni olsaydı, o zaman onlar bu rayonları vəhşicəsinə dağıtmaz, əksinə, burada müəyyən abadlıq işləri görərdilər. Lakin ermənilər bu 30 il ərzində ancaq dağıtmaq, talamaqla məşğul olub. Halbuki, bu torpağı özünə vətən sayan onunla belə rəfdar etməz. Cənab prezidentin Şuşanı Azərbaycanın paytaxtı elan etməsi həm də ermənilərin bu vəhşiliklərini ifşa etmək məqsədi güdür. Bu qərar bir daha göstərir ki, Qarabağ, o cümlədən Şuşa Azərbaycan üçün vazkeçilməzdir. Biz ölkə başçısının da qeyd etdiyi kimi, Şuşanı yenidən dirçəldəcək, orada həyata keçirəcyimiz böyük qurucluq işləri ilə bu torpağın əsl sahibinin bizlər olduğunu bir daha bütün dünyanın diqqətinə çatdıracağıq”.


Seymur ƏLİYEV



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2024