Əli Əsədov Giorgi Qaxariyanı yenidən Gürcüstanın Baş naziri təyin edilməsi münasibətilə təbrik edib
Tarix: 25-12-2020 | Saat: 14:37
Bölmə:Gündəm | çapa göndər
![Əli Əsədov Giorgi Qaxariyanı yenidən Gürcüstanın Baş naziri təyin edilməsi münasibətilə təbrik edib](https://cdn.trend.az/2020/03/12/ali_asadov_110320.jpg)
Dekabrın 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Giorgi Qaxariyaya yenidən Gürcüstanın Baş naziri təyin edilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.
Nazirlər Kabinetindən aia.az-a verilən məlumata görə, məktubda Giorgi Qaxariyanın yenidən Baş nazir vəzifəsinə təyin edilməsinin ölkəsinin tərəqqisinə və onun beynəlxalq mövqelərinin daha da güclənməsinə xidmət edəcəyinə, iki xalq arasında dostluq ənənələrinə əsaslanan Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq və hərtərəfli əməkdaşlığının davamlı inkişafına töhfələr verəcəyinə ümidvarlıq ifadə olunub.
Baş nazir Əli Əsədov Giorgi Qaxariyaya Gürcüstan xalqının firavanlığı naminə qarşıdakı fəaliyyətində uğurlar arzulayıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər