Ana Sayfa > Gündəm > Əli Əsədov Giorgi Qaxariyanı yenidən Gürcüstanın Baş naziri təyin edilməsi münasibətilə təbrik edib

Əli Əsədov Giorgi Qaxariyanı yenidən Gürcüstanın Baş naziri təyin edilməsi münasibətilə təbrik edib


25-12-2020, 14:37. Yazar: sevinc1
Əli Əsədov Giorgi Qaxariyanı yenidən Gürcüstanın Baş naziri təyin edilməsi münasibətilə təbrik edib



Dekabrın 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Giorgi Qaxariyaya yenidən Gürcüstanın Baş naziri təyin edilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetindən aia.az-a verilən məlumata görə, məktubda Giorgi Qaxariyanın yenidən Baş nazir vəzifəsinə təyin edilməsinin ölkəsinin tərəqqisinə və onun beynəlxalq mövqelərinin daha da güclənməsinə xidmət edəcəyinə, iki xalq arasında dostluq ənənələrinə əsaslanan Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq və hərtərəfli əməkdaşlığının davamlı inkişafına töhfələr verəcəyinə ümidvarlıq ifadə olunub.

Baş nazir Əli Əsədov Giorgi Qaxariyaya Gürcüstan xalqının firavanlığı naminə qarşıdakı fəaliyyətində uğurlar arzulayıb.

aia.az
Geri dön