Mobil versiya
Ermənistan 2020-ci ili nokaut vəziyyətində başa vurur - İqtisadçı
Tarix: 15-12-2020 | Saat: 10:28
Bölmə:İqtisadiyyat | çapa göndər

Ermənistan 2020-ci ili nokaut vəziyyətində başa vurur -


Növbəti ildən başlayaraq Ermənistan Azərbaycanla qonşuluq siyasətinə korrektə etməsə, siyasi iddiaları iqtisadi maraqlarla əvəzləməsə, bu ölkədə yaxın gələcəkdə bütövlükdə defoltun (borc öhdəlikləri üzrə ödənişlərin icra edilməsi mümkünsüzlüyü və yaxud bilərəkdən ödənişin dayandırılması) elan edilməsi qaçılmaz olacaq.

Bunu Trend-ə iqtisadçı Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, Ermənistanın müharibəyə qədər olan dövr üçün iqtisadi durumu onsuz da acınacaqlı idi. Torpaqlarımızın azad edilməsi ilə yekunlaşan müharibə isə diz çökmüş Ermənistan iqtisadiyyatını və özünü məhv elədi. Çünki müharibə yalnız bu ölkənin iqtisadi tənəzzülünə səbəb olmadı, həm də de-yure siyasi müstəqilliyini zərbə altında qoydu:

"Ermənistan üçün 2020-ci ili xarakterizə edərkən, dəqiq təsəvvür yaratmaq üçün real mənzərəni belə canlandırardım. Ermənistan iflasının cücərtisi birinci tamahkar qonşuluq siyasəti ilə başladı. İkinci zərbəni bu ölkəyə korrupsiyalaşmış iqtisadi sistem endirdi. Üçüncü zərbə pandemiyadan gəldi və bu, Ermənistan üçün nokdaun zərbəsi oldu. 27 sentybrda başlayan sonuncu raunda isə Azərbaycanın ona endirdiyi zərbə Ermənistanı nokauta saldı. Zərbə o qədər güclü oldu, o, rinqdə dayana bilməyıb, kanatın üstündə aşıb, ona “məşqçilik” edən dövlətlərin üstünə yığıldı. Bu bənzətmə bir az obrazlı alınsa da, amma tam olaraq Ermənistan nümunəsinə uyğundur".

Ekspertin fikrincə, bu 4 səbəbin hər birinin ayrı-ayrılıqda Ermənistana təsirini, iqtisadi tənəzzülündə olan çəkisini şərh edərkən mütləq bu ölkənin yanlış qonşuluq siyasətindən başlamaq lazımdır. Məhz bu siyasətin nəticəsində Ermənistan bütün beynəlxalq və regional layihələrdən kənar qalaraq, iqtisadiyyata cəlb edə biləcəyi yüz milyonlardan məhrum oldu. İqtisadı geriləmə bütün sahələrə öz təsirini göstərdi, demokrafik göstəriciləri aşağı düşdü.

E.Əmirov əlavə edib ki, cari ilin yanvar-avqust ayları ərzində Ermənistanın ÜDM-nin səviyyəsində 7%-dək azalma müşahidə edilirdisə, beynəlxalq istisadi dərclərdə noyabr ayı üçün açıqlanan statistikaya görə, bu azalma 14.6%-ə çatmışdır. Cari ilin ilk iki rübü ərzində Ermənistanın dövlət borcu 7,4 milyard dollar həddini keçmişdir:

"Hələ ilk 6 ayın statistikasına görə dövlət borcu ÜDM-in 54,1%-i həcminə yüksəlmişdir. Bu borclanmanın hazırkı vəziyyətilə bağlı statistika gizlədilsə də, ehtimal ki, digər iqtisadi göstəricilərə uygun bu da kifayət qədər artmışdır. Ermənistanın iqtisadi tənəzzüldən çıxma cəhdləri, iqtisadı dirçəlişin azacıq da təmin edilməsi üçün donor axtarışları da bir fayda verməyəcək. Çünki belə vəziyyətdə olan bir ölkəyə donorluq etmək istəyən tapmaq asan məsələ deyil. Beynəlxalq maliyyə qurumları verdikləri hər dolların qayıtma riskini dəqiq analiz edirlər. Ermənistanın admonisiya sənədləri öz etibarlılığını itirdiyi üçün heç bir qurumun bu ölkəyə yetərli vəsait ayıracağı ağılabatan deyil. Unutmayaq ki, biz adambaşına düşən xarici dövlət borcunun məbləği 2 min dollar, ümümi xarici borcun isə adam başına düşən məbləği 4300 dollara çatan bir ölkədən danışırıq. Hansı Maliyyə qurumu geri dönüşü olmayan investisiya davranışı edər?!"

E.Əmirov qeyd edib ki, hələ xarici borclanmanın Ermənistan üçün qorxulu həddə yüksəlməsi həyəcanını Beynəlxalq Valyuta Fondu ötən ilin sonlarında vermişdir. Halbu ki, həmin vaxt xarici borcunun ümumi daxili məhsula nisbəti 84.8 faiz idi. 2020-ci ilin iyulda isə bu faiz nisbəti artıq 91%i keçmişdi. Qeyd edim ki, xarici borcunun ÜDM-ə nisbətinin 80 faizə qədər olması o qədər də qorxulu hesab edilmir. Lakindən bundan yuxarı hədd artıq təhlükəli zonaya girişdən xəbər verir:

"Ermənistanda isə müharibədən 2 ay əvvəl bu göstərici 90%-i keçmişdir. Hazırda isə bu haqda rəsmi statistika verilməsə də, bu göstəricinin 110-120% civarında olduğunu söyləmək olar. Çünki pandemiya və ardından başlayan müharibə Ermənistanda iqtisadi aktivliyi sıradan çıxardı, bir çox iri müəssisələri iflasa uğratdı, Azərbaycan ərazilərindəki hasilat sənayesi üzrə gəlir yerlərindən məhrum etdi. Əvəzində isə xərclər kəskin artdı, yeni və gözlənilməz xərc istiqamətləri yarandı. Bütün bu iqtisadi təzyiqi azaltmaq üçün əldə edə biləcəkləri qədər xarici borclanmaya gedildi. Amma yenədə “əkiz kəsir”lərdən xilas ola bilmədilər. Büdcə kəsiri və cari əməliyyatlar hesabı üzrə kəsir aktual olaraq qaldı. Bir ay əvvəl isə "Fitch Ratings" Ermənistanın uzunmüddətli xarici valyuta emitentinin defolt reytinqini (IDR) 'BB-' dən 'B +' səviyyəsində qiymətləndirdi".

Ermənistanın müharibəyə qədər olan dövr üçün iqtisadi durumu onsuz da açınacaqlı idi. Torpaqlarımızın azad edilməsilə yekunlaşan müharibə isə diz çökmüş Ermənistan iqtisadiyyatını və özünü məhv elədi. Çünki, müharibə yalnız bu ölkənin iqtisadi tənəzzülünə deyil, de-yure siyasi müstəqilliyini zərbə altında qoydu.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024