Mobil versiya
Şamaxıda Seyid Əzim Şirvaninin 190 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. -Fotolar
Tarix: 28-10-2025 | Saat: 18:30
Bölmə:Gündəm | çapa göndər

Şamaxıda Seyid Əzim Şirvaninin 190 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Respublikası Prezidentinin S.Ə.Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında Sərəncamına əsasən növbəti tədbir Şamaxıda Mədəniyyət Nazirliyi, AMEA və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.

aia.az xəbər verir ki, öncə qonaqlar Seyid Əzim Şirvaninin məzarını ziyarət edib, qəbirüstü abidəsi önünə gül dəstələri düzərək onu ehtiramla yad ediblər.

Rayon ictimaiyyətinin nümayəndələri, təhsil işçiləri və gənclərin iştirakı ilə Şamaxı rayon Mədəniyyət Mərkəzində təşkil olunmuş tədbirdə əvvəlcə dahi şairin həyat və yaradıcılığına həsr olunmuş qısametrajlı bədii-sənədli film nümayiş olunub və filmin müəllifi olaraq AzTV- nin "Sabah" yaradıcılıq studiyasının rejissoru Sirac Mustafayev filmin ərsəyə gəlməsindən danışıb.

Tədbirin aparıcısı Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi şairin yaradıcılığından söhbət açaraq onun şeirlərindən nümunələr səsləndirib.

Rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatları Tamam Cəfərova, Şahin Seyidzadə və Elnarə Akimova, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Vasif Qurbanzadə, AMEA-nın Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı, AMEA-nın aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Mətanət Vahid və Xalq artisti, professor İlham Namiq Kamal çıxış edərək görkəmli şairin maarifçilik ideyaları ilə bağlı yaradıcılığından danışıb, onun Şərq poeziyasının çoxəsrlik ənənələrinin yüksək sənətkarlıqla davam etdirməsindən və yaşadığı dövrdə cəmiyyətin sosial-mədəni tərəqqisi uğrunda fədakar mübarizədə ön sıralarda dayandığını qeyd ediblər.

Natiqlər həmçinin ölkəmizdə mədəniyyətə, incəsənətə və ədəbiyyata göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.

Tədbirdə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin "Eşq" instrumental ansamblın müşayiəti ilə Azərbaycanın tanınmış ifaçıları Əməkdar artist İlkin Əhmədov, Nisbət Sədrayeva, Ruslan Adgözəlov və Teymur Əziz tərəfindən görkəmli şairin qəzəllərindən ibarət muğam parçaları ifa olunub, bədii qiraətçi Hüseynağa Aslanov onun qəzəllərini səsləndirilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-10-2025