Mobil versiya
“YAŞAT” Fondu şəhid ailələrinə, qazilərimizə olan diqqətin göstəricisidir” - Deputat
Tarix: 09-12-2020 | Saat: 19:52
Bölmə:Manşet / Siyasət / Seçilənlər-7 | çapa göndər

“YAŞAT” Fondu şəhid ailələrinə, qazilərimizə olan diqqətin göstəricisidir”


“YAŞAT” Fondunun yaradılmasının çox böyük əhəmiyyəti var. Bu, bir daha şəhid ailələrinə, qazilərimizə olan diqqətin göstəricisidir”.



Aia.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov deyib.
Deputat qeyd edib ki, Şəhid ailələrinə, Qazilərə dəstək məqsədilə ölkə rəhbəri tərəfindən yaradılan “YAŞAT” fondu diqqət və qayğının təzahürüdür:

“Bu bir daha göstərdi ki, Azərbaycanda şəhid ailələrinin, qazilərin, imkansızların sosial vəziyyətinin yaxşılaşdırılması dövlətin hər zaman diqqət mərkəzindədir. Deputat olaraq şəhid ailələri ilə bağlı müəyyən təkliflər, müraciətlər alırıq. Şəhid ailələri ilə bağlı bəzi məsələlərin həlli üçün belə bir Fondun yaradılmasına ehtiyac var idi”.
Məşhur Məmmədovun sözlərinə görə, Vətən müharibəsində Azərbaycan çox böyük tarixi uğura imza atıb:
“44 günlük müharibə tarixi qələbədir. Bizim üçün yeni səhifə açılıb. Bu torpaqlar uğrunda şəhid olan oğullarımıza Allah rəhmət eləsin. Qazilərimizə cansağlığı versin. Eyni zamanda, tanrı cənab prezidentimizi heç zaman xalqımızın başı üzərindən əskik etməsin!”.

Aia.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024