Prokurorluq əməkdaşı Xocavənd döyüşləri zamanı 19 güllə yarası alaraq şəhid olub
Tarix: 07-12-2020 | Saat: 17:53
Bölmə:Karusel / Gündəm | çapa göndər
![Prokurorluq əməkdaşı Xocavənd döyüşləri zamanı 19 güllə yarası alaraq şəhid olub](https://cdn.trend.az/2020/12/07/yuksel_elizade_071220.jpg)
Vətən müharibəsində şəhid olanlardan biri də Gəncə şəhər prokurorluğunun əməkdaşıdır.
Bu barədə aia.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, Əlizadə Yüksəl İlqar oğlu 1996-cı ilin iyunun 5-də sabiq prokurorluq əməkdaşı mərhum İlqar Əliyevin ailəsində dünyaya göz açıb.
O, 2017-ci ildən Gəncə şəhər prokurorluğunda böyük mütəxəssis vəzifəsində işləyib.
2020-ci ilin iyul ayında Tovuz döyüşləri zamanı könüllü şəkildə Səfərbərlik Xidmətinə müraciət edərək orduya yazılan Yüksəl Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Yüksəl Əlizadə noyabrın 9-da Xocavənd döyüşləri zamanı 19 güllə yarası alaraq qəhrəmancasına şəhid olub.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər