Ana Sayfa > Karusel / Gündəm > Prokurorluq əməkdaşı Xocavənd döyüşləri zamanı 19 güllə yarası alaraq şəhid olub
Prokurorluq əməkdaşı Xocavənd döyüşləri zamanı 19 güllə yarası alaraq şəhid olub7-12-2020, 17:53. Yazar: sevinc1 |
![]() Vətən müharibəsində şəhid olanlardan biri də Gəncə şəhər prokurorluğunun əməkdaşıdır. Bu barədə aia.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Məlumata görə, Əlizadə Yüksəl İlqar oğlu 1996-cı ilin iyunun 5-də sabiq prokurorluq əməkdaşı mərhum İlqar Əliyevin ailəsində dünyaya göz açıb. O, 2017-ci ildən Gəncə şəhər prokurorluğunda böyük mütəxəssis vəzifəsində işləyib. 2020-ci ilin iyul ayında Tovuz döyüşləri zamanı könüllü şəkildə Səfərbərlik Xidmətinə müraciət edərək orduya yazılan Yüksəl Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Yüksəl Əlizadə noyabrın 9-da Xocavənd döyüşləri zamanı 19 güllə yarası alaraq qəhrəmancasına şəhid olub. aia.az Geri dön |