AZ RU Mobil versiya
Biləsuvarın sabiq icra başçısının həbs müddəti yenidən uzadıldı
Tarix: 24-11-2020 | Saat: 17:34
Bölmə:Gündəm | çapa göndər

Biləsuvarın sabiq icra başçısının həbs müddəti yenidən uzadıldı


Səbail rayon Məhkəməsində Biləsuvar rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin yenidən uzadılması ilə bağlı istintaq orqanını təqdimatına baxılıb.

Trend-in məlumatına görə, hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin olunub.

Məhkəmənin qərarı ilə Mahir Quliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha bir ay uzadılıb.

Xatırladaq ki, Səbail rayon Məhkəməsində M. Quliyevin barəsində olan həbs qəti imkan tədbiri sonuncu dəfə avqustun 23-də 3 ay uzadılmışdı. Sabiq başçının həbs müddəti noyabrın 23-də başa çatırdı.

Mahir Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bu il aprelin 29-da Biləsuvar rayon İcra hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə o vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, təkrar rüşvət alma, mənimsəmə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5330 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-01-2021