AZ RU Mobil versiya
Erməni silahlılarının təcavüzü nəticəsində Füzulinin işğal edilməyən hissəsində 11 ev tam dağılıb - KOMİSSİYA
Tarix: 24-11-2020 | Saat: 17:17
Bölmə:Gündəm | çapa göndər

Erməni silahlılarının təcavüzü nəticəsində Füzulinin işğal edilməyən hissəsində 11 ev tam dağılıb -



Ermənistan silahlı qüvvələrinin dinc sakinlərin olduğu yaşayış məntəqələrini atəşə tutması nəticəsində Füzuli və Cəbrayıl rayonlarına dəymiş ziyanın müəyyənləşdirilməsi prosesi davam edir.

Bu barədə Trend-ə açıqlamasında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində mülki əhaliyə dəyən ziyanın müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı yaradılmış Dövlət Komissiyasının üzvü İsmayıl Zeynalov deyib. O bildirib ki, komissiya üzvləri artıq Cəbrayıl rayonunda ev və obyektlərə dəymiş ziyanı müəyyənləşdirib: "Cəbrayıl rayonunda artıq dəqiqləşdirmə aparılıb. 47 evə ziyan dəyib. Onlardan 41-i fərdi ev, 3-ü sahibkarlıq obyekti, 1-i məktəb, 2-si isə inzibati binadır. Cəbrayıl rayonunda tam dağılan ev yoxdur, amma 47 ev qəzalı vəziyyətdədir.

Füzuli rayonunun işğal edilməyən hissəsində azərbaycanlıların yaşadığı 325 fərdi evə baxış keçirilib. Onlardan 4-ü məktəb, 3-ü isə inzibati binadır. Füzuli rayonunda 11 ev tam olaraq dağılıb, qalanları isə qəzalı vəziyyətə düşüb. Hazırda Füzuli rayonunda araşdırmalar davam edir".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5330 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-01-2021