AZ RU Mobil versiya
Qırmızı Xaç Dağlıq Qarabağdakı tərkibini artırır
Tarix: 24-11-2020 | Saat: 09:55
Bölmə:Gündəm | çapa göndər

Qırmızı Xaç Dağlıq Qarabağdakı tərkibini artırır


Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer BQXK-nın Dağlıq Qarabağdakı kontingentində dörd dəfə artım olacağını açıqlayıb.

Bu barədə o RBC-ya müsahibəsində deyib.

“Anladıq ki, münaqişənin həcminə görə daha çox iş görməyimiz lazımdır. Müharibədən əvvəl bölgədəki missiyamızın büdcəsi 10 milyon İsveçrə frankı (18,8 milyon manat) idisə, gələn il bu məbləğ 45 milyon İsveçrə frankı (83,8 milyon manat) olacaq. Yəni, biz oradakı sayımızı dörd dəfə artıracağıq. Orada çox az adam var idi. İndi bölgəyə əlavə 400-500 nəfər göndərməyi planlaşdırırıq. Son günlərdə oradakı varlığımızı artırmışıq”, - deyə Mauer qeyd edib.

BQXK prezidenti əlavə edib ki, Qırmızı Xaçın İrəvan, Bakı şəhərində ofisləri var və komitə nümayəndələri daha bir-iki ofis açmağı planlaşdırır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5246 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-01-2021