AZ RU Mobil versiya
Azərbaycanlı alimlər dünyanın ən nüfuzlu elm adamları siyahısına daxil edilib
Tarix: 23-11-2020 | Saat: 16:07
Bölmə:Gündəm | çapa göndər

Azərbaycanlı alimlər dünyanın ən nüfuzlu elm adamları siyahısına daxil edilib


ABŞ-ın Stanford Universitetinin mütəxəssisləri tərəfindən “Dünyanın ən nüfuzlu elm adamları”nın siyahısı tərtib olunub. Siyahıya azərbaycanlı alimlərin də adları daxil edilib.

Azərbaycan Milli Elmlər Akademiyasından aia.az-a verilən məlumata görə, siyahı elmi istinad indeksi istifadə edilərək, dünyadakı elm adamlarının fəaliyyətinin qiymətləndirilməsi məqsədilə hazırlanıb.

Qiymətləndirmənin nəticəsi olaraq dünya üzrə müxtəlif ixtisasda 159 min 684 alimin adı “Plos biology” jurnalında nəşr olunub.

Siyahıya daxil edilən doqquz azərbaycanlı elm adamından dördü Türkiyədə fəaliyyət göstərir. Onlar Türkiyənin “Süleyman Dəmirəl Universiteti”nin inşaat mühəndisliyi bölümünün müəllimi Abdullah Sofiyev, “Orta Doğu Teknik Universiteti”nin fizika bölümünün müəllimi Təhmasib Əliyev, “Çanaqqala Onsekiz Mart Universiteti”nin müəllimi İsrafil Hüseynov və “Yıldız Teknik Universiteti”nin mexanika mühəndisliyi bölümünün müəllimi Surxay Əkbərovdur.

Qeyd edək ki, professor İsrafil Hüseynov vəfat edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5302 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-01-2021