Mobil versiya
Rusiyadan sülhməramlıları daşıyan 200-dən çox təyyarə İrəvana gəlib
Tarix: 19-11-2020 | Saat: 12:48
Bölmə:Gündəm | çapa göndər

Rusiyadan sülhməramlıları daşıyan 200-dən çox təyyarə İrəvana gəlib



Rusiyadan Ermənistana sülhməramlı kontingenti və texnikanı daşıyan 200-dən çox uçuş həyata keçirilib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, ötən gün ərzində hərbi nəqliyyat aviasiya təyyarələri 20 reys yerinə yetirib. 30-dan çox avtomobil və xüsusi texnika - zirehli personal daşıyıcıları, yük maşınları, habelə maddi-texniki dəstək avadanlığı olan təyyarələr Ermənistana enib.

Məlumata görə, Rusiya sülhməramlı kontingentinin şəxsi heyəti və hərbi texnikasının gətirilməsi davam edir. Belə ki, İl-76 və An-124 təyyarələri Ulyanovsk-Vostochnıy aerodromundan İrəvan aerodromlarına uçur.

Ümumilikdə Qarabağda 1960 hərbçi, 90 zirehli personal daşıyıcısı, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdiriləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024