Mobil versiya
Bayram bayrama qarışıb
Tarix: 19-11-2020 | Saat: 12:32
Bölmə:Manşet / Cəmiyyət | çapa göndər

Bayram bayrama qarışıb



Noyabr ayı xalqımıza 30 ildən bəri gözlədiyi qələbə sevincini bağışlayıb. Hər bir Azərbaycan vətəndaşı kimi Ali Baş Komandan cənab İlham Əliyevin rəhbəriliyi altında müzəffər ordumuzun Vətən Müharibəsindəki tarixi qələbəsindən sonsuz sevinc və qürür hissi keçirirəm. Mən özüm ədliyyə işçisiyəm. Müraribə başlanan ilk günlərdən bizim struktur da hərbi dövrün diqtə etdiyi qanunlarla ciddi rejimdə fəaliyyətə başlayıb. Biz ədliyyə işçiləri də öz işimizlə ümumi qələbəmizin təmin olunması üçün hər bir vətəndaş kimi öz sahəmizdə üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırıq. Noyabrın 22-si isə xoşbəxtlikdən Ədliyyə İşçilərinin Peşə Bayramına təsadüf edir. Həmin mübarək günü sonsuz, bənzəri olmayan qeyri-adi duyğularla qarşılayırıq. Təsəvvür edin, Bayraq Günü ərəfəsində, 8 noyabrda Şuşanın işğaldan azad edilməsindən bir gün sonra Bayraq Günü bayramı, ardınca 17 noyabr Dirçəliş Günü və nəhayət, ədliyyəmizin yaradıldığı tarix məndən ötrü ən böyük təntənələrdən biridir. Biz ədliyyə işçiləri bu bayrama layiqli xidməti işimizlə öz töhfəmizi verməyə çalışmışıq. Ədliyyə Nazirliyinin tabeliyində olan bütün strukturlar, onun ən müxtəlif strukturlarına kimi bu gün ölkəmizdə qanunlarımızın aliliyinin təmin olunmuş istiqamətində əlindən gələni əsirgəmir. Ədliyyə orqanları hər hansı adi problemlə, çətinliklə üzləşən vətəndaşlarımızın öz qanuni hüquqlarının təmin edilməsində xüsusi rol oynayan qurum olaraq insanların inam və güvənc yerlərindən biri kimi formalaşıb və fəaliyyət göstərməkdədir. Fəxr edirik ki, bu bayram gününü alnıaçıq, üzüağ qarşılayan ədliyyə sisteminin mən də bir əsgəriyəm və bu xoş günü Böyük Qələbə günlərinin sevinci ilə qarşılayanlar sırasındayam.

Azər ƏLİYEV,
Xaçmaz Rayon Qeydiyyat Şöbəsinin müdiri



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024