Mobil versiya
Azərbaycanda 2 239 nəfər COVID-19-a yoluxub, 1 217 nəfər sağalıb, 25 nəfər vəfat edib
Tarix: 18-11-2020 | Saat: 14:48
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Azərbaycanda 2 239 nəfər COVID-19-a yoluxub, 1 217 nəfər sağalıb, 25 nəfər vəfat edib


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 239 yeni yoluxma faktı qeydə alınıb, 1 217 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 81 397 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 58 111 nəfər müalicə olunaraq sağalıb, 1005 nəfər vəfat edib, aktiv xəstə sayı 22 256 nəfərdir.

Ölkədə son sutka ərzində 13 134, hazırkı dövrədək isə 1 549 568 test aparılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024