Mobil versiya
Məmməd Musayev - 60: Dövlətçliyə sədaqət, Vətənə xidmət nümunəsi
Tarix: 13-07-2015 | Saat: 12:38
Bölmə:Gündəm / Karusel | çapa göndər


Haqqında söz açdığımız insan bu il qeyd etdiyi 60 yaşınadək çoxlarının yüz yaşadək edə bilmədiklərinə nail olmuş, daha mənalı yaşayıb mümkün olduğundan artıq iş görmüş, xeyirxah əməllər, yüksək mədəniyyət və qabiliyyət sahibi kimi tanınmışdır. Qüruru, əyilməzliyi, dönməzliyi, əsilzadəliyi ilə minlərlə insanın qəlbində özünə heykəl ucalda bilmişdir. O, təkcə yetkin bir məmur, geniş erudisiyası, təşkilatçılıq qabiliyyəti olan bir kadr deyil, həm də siyasi orientasiyasını düzgün müəyyənləşdirmiş fəal vətəndaşlıq mövqeyinə malik ziyalı, milli bir insandır. Azərbaycan adını, ölkəsinin mənafeyini,şərəfini həmişə uca tutan bir şəxsiyyətdir.

Məmməd Qurban oğlu Musayev 1955-ci ildə Qazax rayonunda anadan olmuşdur. 1972-ci ildə orta məktəbi, 1976-cı ildə isə D.Bünyatzadə adına Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə ilə bitirmişdir.

1976-1984-cü illərdə Dövlət Bankının Azərbaycan Respublikası Kontorunda müxtəlif məsul vəzifələrdə çalışmış, 1984-cü ildən 1992-ci ilədək Dövlət Bankının Qaradağ şöbəsinin, Aqrar Sənaye Bankının Əməliyyat idarəsinin rəisi, 1992-ci ildən Respublika Səhmdar Kommersiya Aqrar Sənaye Bankının İdarə Heyətinin Sədri, 2001-ci ildən isə hal-hazıradək "Aqrarkredit" Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin Sədri vəzifəsində çalışır.

M.Q.Musayevin rəhbərliyi altında Kredit Təşkilatında "kənd təsərrüfatı sahələrinin kreditləşdirilməsinin standart şərtləri" və qaydaları hazırlanmış, kənd təsərrüfatında sahibkarlıq subyektlərinin kreditləşdirilməsi həyata keçirilir.

Hazırda onun rəhbərlik etdiyi "Aqrarkredit" Səhmdar Kredit Təşkilatı, "Kənd Təsərrüfatının Kreditləşdirilməsi üzrə Beynəlxalq Konfederasiya" (CİCA), Azərbaycan Sahibkarlar Konfederasiyası, Kənd Təsərrüfatı Kreditləri üzrə Avrasiya Assosiasiyası (EURACA), Sakit Okean Ölkələrinin Kənd Təsərrüfatı Kreditləri üzrə Beynəlxalq Təşkilat (APRAKA), Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Mikro Maliyyə Assosiasiyası, "Bakı Banklararası Valyuta Birjası", Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) üzvüdür.

M.Q.Musayev 1987-ci ildə "Dövlət Bankı əlaçısı" fəxri adına, 1998-ci ildə isə iqtisad elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. O, Respublikanın elmi və dövrü mətbuatında mütəmadi olaraq çıxış edir.

Ailəlidir, üç övladı var.

Məmməd Musayev rəhbərliyində təmsil olunduğu, Azəbaycan və Türkiyə iş adamlarını bir araya gətirən ASK, TÜSiAB kmi qurumların vasitəsilə iki qardaş ökənin iqtisad əlaqələrinn daha da inkiaf etməsinə əhəmiyyətli töhfələr vemişdir. Onun təşəbbüsü ilə 1995-ci ildə Türkiyə Respublikasının ən böyük kənd təsərrüfatı bankı olan "Ziraat" Bankı və Aqrar Sənaye Bankının birgə təsisçiliyi ilə "Azər-Türk Bank" Birgə Səhmdar Kommersiya Bankı yaradılmışdır. Qardaş Türkiyə Respublikasının ən iri sığorta şirkətlərindən biri olan "Başak" Sığorta Şirkəti ilə birgə "Başak-İnam" Sığorta şirkəti də M.Musayevin təklifi ilə yaradılmışdır.

Bu mövzuda danışanda Azərbaycan və Türkiyə arasında münasibətlərin tarixinin çox qədim olduğunu vurulayan Məmməd müəllim xalqlarımızın həmişə yanaşı, qonşuluqda, sülh və mehribanlıq şəraitində yaşadığını, həmişə bir-birinə kömək etdiklərini dilə gətirmişdr: “Bu gün iki qardaş dövlətin inkişafına, əməkdaşlığa, həm təhlükəsizliyimizi, həm də iqtisadi firavanlığımızı təmin edən, qlobal dünya prosesləri üçün böyük əhəmiyyətə malik olan layihələrdə iştirakına kömək edən münasibətlərin möhkəm təməli vardır.

Azərbaycan, Türkiyə və xarici ölkələr arasında iqtisadi, sosial və mədəni əlaqələrin inkişaf etdirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sahibkarların maarifləndirilməsi və sahibkarlıq subyektlərinin fəaliyyətinin inkişafına köməklik göstərilməsi məqsədilə ASK ilə TÜSİAB yeni əməkdaşlıq sazişlərinin imzalanması yönümündə işlər aparırlar. Hesab edirəm ki, bu, qardaş ölkələr arasında sosial-iqtisadi münasibətlərin çiçəklənməsinə kömək edəcəkdir”.

Işlədiyi müddət ərzində regionlarda sosial-iqtisadi inkişafın təmin edilməsi üçün kənd yerlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə kreditlərin verilməsi və bununla yeni iş yerlərinin açılması, əhaliyə göstərilən maliyyə-kredit xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması və bu sahədə mövcud olan ən mütərəqqi üsulların tətbiq edilməsi istiqamətində xeyli işlər görmüşdür.Yeri gəlmişkən qeyd edək ki, Məmməd Musayev sədr seçilənədək Azərbaycan Respublikası Sahibkarlar (İşə-götürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) Azərbaycan Respublikasında işəgötürənlərin ictimai birliyi olaraq, üzərinə götürdüyü - Azərbaycanda biznes mühitinin yaxşılaşdırılmasına kömək etmək, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq (dövlət büdcəsindən maliyyələşən təşkilatlar istisna olmaqla), sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin könüllülük əsasında fəaliyyətini əlaqələndirmək, onlara ölkədə və xaricdə tərəfdaşlar tapmağa kömək etmək, hüquqi və iqtisadi mənafelərini müdafiə etmək vəzifələrinin öhdəsindən layiqincə gələ bilmirdi.

ASK-nın Məmməd müəllim başda olmaqla yeni tərkibi fəaliyyətə başladıqdan sonra qurumun fəaliyyətində əhəmiyyətli yeniliklər oldu. Mərkəzi aparatda struktur dəyişiklikləri aparılaraq bütün sahələri özündə ehtiva edən 4 şöbə yaradıldı. Səmərəli idərəolunmanı təşkil etmək məqsədilə isə Konfederasiyanın yanında yaradılmış 10 daimi komissiya sahələr üzrə, respublikanın bütün bölgələrini əhatə edən 10 regional nümayəndəlik isə regional idarəetməni təmin edir. Bu, regionlarda sahibkarlığın inkişafına dəstək verilməsi işini xeyli asanlaşdırmış, nümayəndəliklər vasitəsilə sahibkarlara göstərilən xidmətlərin və informasiya təminatının yaxşılaşdırılması və təkmilləşdirilməsinə, sahibkarlığın inkişafı istiqamətində proqramların tərtib edilməsinə və həyata keçirilməsinə şərait yaratmışdır.

Hazırda M. Musayevin rəhbərliyi altında ASK regionların sosial-iqtisadi inkişafına böyük önəm verir. Konfederasiya ölkənin özəl sektorunda sağlam qüvvələrin birləşməsi əsasında respublikanın iqtisadi cəhətdən güclü dövlətə çevrilməsi, yüksək səmərəliliyə nail olması, dünya iqtisadi sisteminə müvəffəqiyyətli inteqrasiyası, ölkədə mövcud problemlərin həlli və əhalinin maddi rifahının yaxşılaşdırılması üçün özəl sektorun inkişafı istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsində fəal iştirak edir. Regionlarda mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafını, istehsal müəssisələrinin fəaliyyətinin bərpası və daha da genişləndirilməsini, ixrac yönümlü məhsul istehsalının stimullaşdırılması və sahibakarlıq fəaliyyətinin artırılmasını, müəssisələrin inkişafında yerli və xarici iş adamları arasında biznes əlaqələrin genişləndirilməsini nəzərdə tutan layihələrə imza atan ASK sahibkarlıq fəaliyyətinin inkişafında müəssisə rəhbərlərinin, həmçinin fiziki şəxslərin iş təcrübələrinin artırılması, yeni işgüzar əlaqələrin yaradılması və partnyorların tapılması işinə dəstək verir. Konfederasiya müntəzəm olaraq iş adamlarının milli və beynəlxalq səviyyəli tədbirlərdə iştirakına kömək edir və bu işləri uğurla davam etdirməkdədir.

Lakin təəssüf hissi ilə qeyd etməliyik ki, bəzi destruktiv qüvvələrə xidmət edən, “ağa qara” deməyə adət etmiş kütləvi informasiya vasitələri Məmməd Musayevin və onun rəhbərlik etdiyi qurumların fəaliyyətinə kölgə salmağa uğursuzcasına səy göstərirlər. Kompromat xarakterli yazılarla çıxış edən, qarayaxmanı özlərinə peşə seçmiş bu üzdəniraq media mənsubları bimirlər ki,Ümummilli lider Heydər Əliyevin

müəyyənləşdirdiyi siyasi kursla irəliləyən Azərbaycanın davaml tərəqqisi labüddür və bu inkişaf proseslərinə mühüm töhfələr verən, Ulu Öndərimizin ideyalarına sadiq, xalqımızı firavanlığa aparan möhtərəm Prezidentimiz İlham Əlyevin yaxın silahdaşlarından olan Məmməd Musayevin zəngin və şərəfli bioqrafiyası indiyədək olduğu kimi bundan sonra da ləkə götürməyəcəkdir. Dövlətimiz və xalqımız onun Vətən qarşısında xidmətlərini çox yüksək dəyərləndirir. Qoy bu yazı da həmin yüksək dəyərə müsbət bir əlavə olsun.
(aia.az)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə