Mobil versiya
Azərbaycan bu ixracdan 190 milyon dollara yaxın vəsait qazanıb
Tarix: 16-04-2026 | Saat: 20:11
Bölmə:İqtisadiyyat | çapa göndər

Azərbaycan bu ixracdan 190 milyon dollara yaxın vəsait qazanıb


Azərbaycan 2026-cı ilin yanvar-mart aylarında 137 min 847,16 ton meyvə-tərəvəz ixrac edib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz artım deməkdir.

aia.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ixrac edilən meyvə-tərəvəzin ümumi dəyərinin 22 faiz artaraq 187 milyon 37,8 min ABŞ dolları təşkil edib.

Bununla da qeyd olunan məhsulların ölkənin ümumi ixracındakı payı ötən ilin müvafiq dövründəki 2,4 faizdən 3,46 faizə yüksəlib.

Eyni zamanda, cari ilin ilk üç ayında Azərbaycana meyvə-tərəvəz idxalı həcm baxımından 8,2 faiz azalaraq 129 min 1,57 ton təşkil etsə də, bu məhsulların dəyəri 3,5 faiz artaraq 109 milyon 935,67 min dollar olub.

Ümumi idxal əməliyyatlarında meyvə-tərəvəz məhsullarının payı isə ötən ilin eyni dövründəki 1,88 faizlə müqayisədə artaraq 2,75 faizə çatıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2026