Mobil versiya
Aqiyə Naxçıvanlı: Ilk Qələbə ordeni Ali Baş Komandana verilməlidir.
Tarix: 17-11-2020 | Saat: 18:21
Bölmə:Seçilənlər-3 | çapa göndər

Aqiyə Naxçıvanlı: Ilk Qələbə ordeni Ali Baş Komandana verilməlidir.


“44 günlük müharibə araşdırılaraq yazılmalı, dərs vəsaiti, monoqrafiyalar dərc olunmalı və tədris olunmalıdır”

10 noyabr tariximizə qürür və fəxarət yaşadan bir gün kimi yazıldı. Vətən müharibəsi Böyük Zəfərimizlə başa çatdı. Azərbaycan ordusunun Qarabağda həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları işğalçı Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Hərbi əməliyyatların məqsədi ilk gündən sülhə məcburetmə əməliyyatı kimi göstərilirdi və biz məqsədimizə çatdıq. Müzəffər Ali Baş Komandan başda olmaqla RəşadətliOrdumuz işğalçı Ermənistanı sülhə məcbur etdi. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də Qələbənin qazanılmasınışərtləndirdi. Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladığı birgə bəyanat Azərbaycanın döyüş meydanında qazandığı parlaq qələbənin siyasi-diplomatik müstəviyə daşıdı. Azərbaycan Respublikasının ərazi bütövlüyü tam təmin ediməklə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu və bütün ərazilərimiz erməni silahlı qüvvələrindən azad edildi. Ermənilərin illərlə planlaşdırdığı Dağlıq Qarabağda dövlət yaratmaq arzusu alt-üst edildi. Bunula bütün məcburi köçkünlərimiz öz doğma yurdlarına qayıdacaq, azad olunmuş ərazilərdə yaşayan ermənilər Azərbaycan Respublikasının vətəndaşlığını qəbul edəcək, həmin ərazilərimizdə olan bütün inzibati binalarda yalnız Azərbaycan Respublikasının üç rəngli bayrağı dalğalanacaq, yalnız Azərbaycan Respublikasının qanun və normativ hüquqi aktları tətbiq olunacaq, yalnız Azərbaycan manatı dövriyyəyə buraxılacaq, azad olunmuş bütün torpaqlarımızda Azərbaycan polisi xidmət göstərəcəkdir. Bu qələbə ilə ermənilərin uzun illər işğal altında saxladıqları 132 km-lik Azərbaycan-İran sərhədi də azad edildi. Heç bir danışıqlar masasında müzakirə olunmayan və cənab Prezidentin şəxsi tələbi ilə Azərbaycan üçün çox böyük tarixi, siyasi və iqtisadi əhəmiyyətə malik olan Naxçıvan Muxtar Respublikası ilə bütün kommunikasiya xəttləri bərpa ediləcək, Azərbaycanla Ermənistan arasında yalnız dövlət sərhəd xətti mövcud olacaq, onu da Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti qoruyacaq. Ancaq imzalanan bəyənatla hərbi müharibəni bitirsəkdə siyasi, diplomatik, informasiya bir sözlə soyuq müharibə davam edir.Belə həssas məqamda xalqımız son dərəcə diqqətli olmalıdır. Müzəffər xalqımız baxmayaraq ki, qələbənin təsirindən həyəcanlıdır amma səbrlə Ali Baş Komandanın geosiyasi vəziyyətə uyğun apardığı uğurlu diplomatik gedişlərini izləməli və dəstəkləməliyik. Əminəm ki, döyüşlərdəki milli həmrəyliyimiz qələbə ilə nəticələnməsi siyasi müstəvidə də işlərin uğurlu olmasına vəsilə olacaqdır. Onu da bildirim ki, Azərbaycan-Ermənistan arasında olan 44 günlük müharibə hərb tarixini və beynəlxalq münasibətlər tarixini, politologiya və beynəlxalq hüququ öyrənən tədqiqatçıları üçün çox maraqlı olacaq. Müharibə şəraitində vətəndaş-dövlət həmrəyliyi, hücum diplomatiyası, müasir silahlar, müasir və yeni əlbəyaxa hərbi döyüş texnikası, hərbi döyüşlərdə ədalətlilik, hərbi hücum texnikasvə nəhayət sülhə məcburetmə üsulu. Bu faktlar araşdırılaraq yazılmalı, dərs vəsaiti, monoqrafiyalar dərc olunmalı və Ali məktəblərdə, o cümlədən hərb məktəblərində tədris olunmalıdır. Təsəvvür edin ki, dünyanın ən mürəkkəb həm də ən maraqlı coğrafi ərazilərindən biri kimi səciyyələnən, dağ qayası başında, təbii qala olan Şuşa şəhərinin mənfur düşmənlərdən azad olunması çox böyük hazırlıqvə strateji və taktiki hərbi planlar tələb edirdi. Ancaq bilavasitə Ali Baş Komandanın rəhbərliyi ilə Şuşa şəhəri müzəffər ordumuz tərəfindən azad olundu. Bu böyük qələbədir. Düşünürəm ki, Ali Baş Komandana və Ordumuza heykəl qoyulmalıdır və ilk Qələbə ordenini də Ali Baş Komandana verilməlidir.

Aqiyə Naxçıvanlı
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, siyasi elmlər doktoru,professor

AIA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024