Mobil versiya
Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakın sayı açıqlandı
Tarix: 17-11-2020 | Saat: 16:37
Bölmə:İqtisadiyyat | çapa göndər

Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakın sayı açıqlandı


2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 1 020 daşınmaz əmlak obyekti satın alıblar ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 66 obyekt çoxdur.

AİA.Az xəbər verir ki, bu barədə Trend-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanına istinadən məlumat verir.

Məlumata görə, 2020-ci ilin oktyabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 137 daşınmaz əmlak obyekti alıblar ki, bu da 2019-cu ilin sentyabrından 12 obyekt çoxdur.

2020-ci ilin oktyabr ayında Türkiyədə 119 574 əmlak satılıb ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 16,3 faiz azdır.

2020-ci ilin sentyabr ayında Türkiyədə 5 258 əmlak əcnəbilərə satılıb ki, bu da 2019-cu ilin eyni ayına görə 23,1 faiz çoxdur.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024