Ana Sayfa > İqtisadiyyat > Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakın sayı açıqlandı
Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakın sayı açıqlandı17-11-2020, 16:37. Yazar: admin |
2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 1 020 daşınmaz əmlak obyekti satın alıblar ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 66 obyekt çoxdur. AİA.Az xəbər verir ki, bu barədə Trend-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanına istinadən məlumat verir. Məlumata görə, 2020-ci ilin oktyabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 137 daşınmaz əmlak obyekti alıblar ki, bu da 2019-cu ilin sentyabrından 12 obyekt çoxdur. 2020-ci ilin oktyabr ayında Türkiyədə 119 574 əmlak satılıb ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 16,3 faiz azdır. 2020-ci ilin sentyabr ayında Türkiyədə 5 258 əmlak əcnəbilərə satılıb ki, bu da 2019-cu ilin eyni ayına görə 23,1 faiz çoxdur. AİA.Az Geri dön |