Mobil versiya
Türkiyədən koronavirusla bağlı ümidverici xəbər: “Yaxında maska həyatımızdan çıxacaq”
Tarix: 13-11-2020 | Saat: 14:35
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Türkiyədən koronavirusla bağlı ümidverici xəbər:


Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, yaxın zamanlarda maska həyatımızdan çıxacaq.

Bu barədə “Twitter” hesabında yazan türkiyəli nazir qeyd edib:

“Azad nəfəs alacağımız günlərdən ötrü darıxırıq. Yaxın zamanlarda maska həyatımızdan çıxacaq. COVID-19 peyvəndinin hazırlıqlarında böyük irəliləyişlər var.

Nəticəni gözləyək. Evimizdən kənarda, başqaları ilə olduğumuz hər yerdə maskamızı qaydalara uyğun şəkildə taxaq. Səbriniz üçün sağ olun”.

O, Ülkü Tamerin şeirindən bir misranı da paylaşımına əlavə edib:

“İçimə çəkdiyim hava deyil, göy üzüdür”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə