Sənan Hacıyev: “Prezident İlham Əliyev erməni havadarlarını da məharətlə ifşa edir”
Tarix: 06-11-2020 | Saat: 14:13
Bölmə:Manşet / Media | çapa göndər
“Hələ də dünyada mövcud olan bəzi qüvvələr işğalçı və irqçi Ermənistan rejimini dəstəkləməyə, onların Azərbaycana qarşı əsassız ərazi iddialarına don geyindirməyə, onları haqlı çıxarmağa səy göstərirlər. Lakin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev bütün bu cəhdlərin qarşısını həm tarixi sübutlar təqdim etməklə, həm də bu günkü reallıqların məntiqinə istinad edərək qətiyyətlə alır.” Bu sözləri aia.az saytına verdiyi müsahibəsində Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Sənan Hacıyev demişdir.
Əməkdaşımızın suallarını cavablandıran müsahibimiz vurğulamışdır ki, bu gün Azərbaycan sadəcə döyüş meydanında deyil, eyni zamanda beynəlxalq siyasət məkanında da mübarizə aparır: “Birmənalı olaraq demək lazımdır ki, bu gün Azərbaycan Ordusunun əldə etdiyi uğurların beynəlxalq siyasət və diplomatiya məkanında da qəbul olunması vacib şərtdir. Əfsuslar olsun ki, hazırda Cənubi Qafqaz regionunda gedən prosesləri dünya ictimaiyyətinə yenə də təhrif olunmuş formada təqdim etməyə, “məzlum erməni xalqı” obrazının altında gizlənən terrorçu erməni təşkilatlarına və işğalçı Ermənistan hökumətinə dəstək verməyə çalışan qüvvələr hələ də tükənməyib. Elə son günlər Ali Baş Komandan cənab İlham Əliyevin dünyanın aparıcı informasiya saytlarına verdiyi müsahibələrin gedişində də ölkəmizə və dövlətimizə qarşı qərəzli mövqe tutan KİV nümayəndələrinin bu kimi cəhdlərinin şahidi oluruq. Lakin biz bunun da şahidi oluruq ki, dövlətimizin başçısı bütün bu cəhdlərin qarşısını necə böyük məharətlə alır. Ali Baş Komandan məntiqə və beynəlxalq hüquqa əsaslanan dəlillər gətirərək hər kəsə göstərdi ki, Azərbaycan bu gün əslində BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetirir. Halbuki bu, BMT Təhlükəsizlik Şurasının vəzifəsidir. Həmçinin dövlətimizin başçısı sübut etdi ki, Minsk qrupunun fəaliyyəti də Azərbaycana işğal faktını qəbul etdirməyə hesablanıb. Minsk qrupunun üzvlərindən Fransa açıq şəkildə ermənipərəst mövqe tutur, parlamenti erməni soyqırımını tanıyır, ölkədə islamofobiya və türkofobiya dövlət siyasəti səviyyəsinə qaldırılıb, son hadisələr zamanı isə erməni feykləri beynəlxalq gündəmə Fransa prezidenti vasitəsilə gətirilir. Rusiya Ermənistanı silahlandırır, hətta atəşkəs vaxtı belə təcavüzkarı silahlandırmaqda davam edir. ABŞ uzun illər Dağlıq Qarabağdakı işğalçı rejimə birbaşa yardımlar ayırıb, prezidentliyə namizədlər ABŞ-dakı erməni əsilli seçicilərin maraqlarını ABŞ-ın regiondakı maraqlarından üstün tutur, Azərbaycana qarşı 907-ci düzəliş tətbiq edilib. Beləliklə, dövlətimizin başçısı sübut edir ki, heç bir həmsədr Azərbaycana qarşı qərəzsiz deyil. Məhz buna görə də 30 illik gözləntilərin indiyədək heç bir nəticə vermədiyi kimi, bundan sonra da torpaqlarımızın hansısa danışıqlar nəticəsində geri qaytarılacağına heç bir ümid yoxdur. Yalnız Azərbaycan Prezidentinin iradəsi, Azərbaycan Ordusunun qüdrəti və Azərbaycan xalqının gücü bu məsələnin həllinə yol aça bilər.”
Daha sonra Sənan Hacıyev bu gün Cənubi Qafqaz regionunda yeni reallıqların formalaşdığını və bu reallıqların birbaşa yaradıcısının Azərbaycan xalqı, Azərbaycan Prezidenti və Azərbaycan Ordusu olduğunu vurğulayaraq bunları demişdir: “Hazırda Cənubi Qafqaz regionunda formalaşmaqda olan yeni siyasi düzəmin dünya ictimaiyyətinə, xüsusilə də məlum siyasi qüvvələrə qəbul etdirməyin özü də kifayət qədər mürəkkəb və gərgin şəraitdə keçən bir prosesdir. Bu gün şanlı Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyü uğrunda həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar təkcə Azərbaycanın deyil, bütün regionun tarixində yeni bir səhifə açır. Aydındır ki, bu yeni tarixin müəllifi məhz Azərbaycan xalqı, Azərbaycan Prezidenti və Azərbaycan Ordusudur. Lakin dediyimiz kimi, bu gün Cənubi Qafqazda yeni reallıqların yaranması dünyada mövcud olan bir çox siyasi qüvvələrin ciddi şəkildə narahat edir. Həmin qüvvələr bu reallıqların formalaşmasına var gücləri ilə müqavimət göstərir və onların dünya ictimaiyyəti tərəfindən qəbul olunmasını əngəlləməyə çalışırlar. Lakin Azərbaycan bu günə çoxdan hazırdır. Bu hazırlıq isə Ölkə Prezidenti cənab İlham Əliyevin hakimiyyətə gəldiyi ilk gündən bu günə qədər böyük uzaqgörənliklə yürütdüyü xarici və daxili siyasətin sayəsində təmin olunub. Məhz cənab Ali Baş Komandanımızın vaxtında atdığı düşünülmüş addımlar, həyata keçirdiyi məqsədyönlü islahatlar nəticəsində Azərbaycan bu gün güclü iqtisadiyyata və qüdrətli orduya sahib olmuşdur. Heç bir şübhə yoxdur ki, öz ərazi bütövlüyünü təmin etdikdən sonra ölkəmizin gücü-qüdrəti daha da artacaq və az bir müddətdən sonra Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələırindən birinə çevriləcək.”
Murad Əsədov
Orxan Mahmudov
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-01-2025