Yoluxma sayının artacağı barədə xəbərdarlıq etmişdik, artıq həmin dövrə çatmışıq - TƏBİB
Tarix: 05-11-2020 | Saat: 16:36
Bölmə:Qərbi Azərbaycan | çapa göndər
Soyuq havada bütün tənəffüs yolları xəstəliklərinə, o cümlədən COVİD-19-a yoluxma sayında artımın olacağı gözlənilirdi. Hələ bir neçə ay əvvəl COVİD-19-a yoluxma sayının artcağı barədə xəbərdarlıq etmişdik, artıq həmin dövrə çatmışıq.
Bunu Trend-ə TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov deyib.
Onun sözlərinə görə, yoluxma sayındakı kəskin artımın səbəblərindən biri soyuq havada tənəffüs yollarının müdafiə qabiliyyətini zəiflətməsi və tənəffüs yollarının infeksiyalara qarşı həssas olmasıdır:
“Yoluxma sayının kəskin artmasının səbəblərindən biri budur. Bu, bizdən asılı olmayan səbəbdir. Amma yoluxma sayının artmasında bizdən də asılı olan səbəblər də var”.
A.Qurbanov qeyd edib ki, müharibə başlandıqdan sonra insanlar infeksiyadan qorunma tədbirlərini sanki ikinci plana keçirdilər. Bunun da yoluxma saylarının artmasında müəyyən rolu olduğunu deyən TƏBİB rəsmisi qeyd edib ki, karantin tədbirlərinin yumşalması təmasların artmasına, bu isə öz növbəsində yoluxma hallarının çoxalmasına səbəb olur.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər