Mobil versiya
Azərbaycanda 1364 nəfər COVID-19-a yoluxub, 768 nəfər sağalıb, 14 nəfər vəfat edib
Tarix: 05-11-2020 | Saat: 15:45
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Azərbaycanda 1364 nəfər COVID-19-a yoluxub, 768 nəfər sağalıb, 14 nəfər vəfat edib



Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1364 yeni yoluxma faktı qeydə alınıb, 768 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 60 min 873 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 46 min 465 nəfər müalicə olunaraq sağalıb, 794 nəfər vəfat edib. Aktiv xəstə sayı 13614 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 404 min 543 test aparılıb. Bugünkü test sayı isə 13290-dır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024