Mobil versiya
Fuad Əliyev: “Ermənistanın hərbi-siyasi rəhbərliyi Haaqa məhkəməsində mühakimə olunmalıdır”
Tarix: 04-11-2020 | Saat: 14:46
Bölmə:Manşet / Siyasət / Seçilənlər-4 | çapa göndər

Fuad Əliyev: “Ermənistanın hərbi-siyasi rəhbərliyi Haaqa məhkəməsində mühakimə olunmalıdır”






“11 oktyabr və 17 oktyabr 2020-ci il tarixlərində təcavüzkar erməni silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin raket atəşinə tutulması xalqımıza, ölkəmizə və bütün bəşəriyyətə qarşı həyata keçirilmiş növbəti terror aktıdır.” Bu sözləri aia.az saytına verdiyi müsahibəsində kimya elmləri doktoru, AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev demişdir.


Əməkdaşımızın suallarını cavablandıran AMEA-nın Gəncə bölməsinin sədri xüsusi olaraq vurğulamışdır ki, bu gün Ermənistanın işğalçı və terroru dəstəkləyən bir dövlət olduğunu bütün dünyaya qəbul etdirmək heç də asan məsələ deyil və bu həqiqətlərin bu gün artıq bir çox xarici dövlətlər tərəfindən qəbul olunması bilavasitə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ciddi səyləri nəticəsində baş vermişdir: “Bu gün artıq bütün dünya ictimaiyyəti Ermənistanın özünün başladığı işğalçı müharibəsində məğlub durumda olduğunu və bu məğlubiyyətin acığını çıxmaq üçün dinc əhaliyə qarşı terror aktları həyata keçirdiyini görür və təsdiq edir. Müzəffər Azərbaycan ordusu isə bu xəyanətkar zərbələrin qisasını yalnız döyüş meydanında və yalnız əlində silah tutan və bu silahı ölkəmizə qarşı doğruldan təcavüzkarlardan alır. Lakin bu həqiqətləri dünyaya qəbul etdirmək heç də asan olmayıb. Çünki ermənilərin bütün dünyada güclü havadarları hər zaman olub və bu gün də var. Aydındır ki, bu qüvvələr Azərbaycana qarşı hər zaman qərəzli, bəzən isə aşkar düşmən mövqelərdə durublar. Məhz bu qüvvələr hər zaman həqiqətləri gizlətməyə, baş verənləri həm öz ölkələrinin, həm də dünya ictimaiyyətinə təhrif olunmuş formada təqdim etməyə çalışıblar. Bu proses indi də davam edir. Sadəcə hörmətli Prezidentimiz cənab İlham Əliyevin son vaxtlar dünyanın aparıcı informasiya vasitələrinə verdiyi müsahibələrində cavablandırmalı olduğu suallara nəzər saldıqda biz artıq görürük ki, hətta bu jurnalistlərin belə əksəriyyəti necə qərəzli mövqelərdən çıxış edirlər. Lakin cənab Ali Baş Komandanımız bütün bu təxribat cəhdlərinin qarşısını böyük məharətlə alır və özlərini dünya siyasətinin, dünya diplomatiyasının “professorları” zənn edən bütün bu bəxahlar gözləmədikləri ustad dərsi alaraq susmağa məcbur olurlar. Etiraf etmək lazımdır ki, bu gün savaş meydanında və siyasi-diplomatik müstəvidə əldə olunan uğurlar eyni dərəcədə vacibdirlər və onlar bir-birilərini tamamlayırlar. Məhz Prezident cənab İlham Əliyevin hərbi uğurlarımızı siyasi müstəviyə böyük məharətlə inteqrasiya edə bilməsi bacarığı sayəsində bu gün artıq bir çox dünya dövlətləri Azərbaycanı bu ədalətli savaşında dəstəkləyirlər.”

Daha sonra akademik Fuad Əliyev Gəncə şəhərinin ermənilər tərəfindən raket atəşinə tutulması məsələsinə toxunaraq bunları demişdir: “Bilirsiniz ki, Gəncə şəhəri 4 oktyabr 2020-ci il tarixindən başlayaraq Ermənistan ordusu tərəfindən davamlı raket atəşinə tutulur. 11 oktyabr və 17 oktyabr tarixlərində 2020-ci il tarixində təcavüzkar erməni silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin raket atəşinə tutulması xalqımıza, ölkəmizə və bütün bəşəriyyətə qarşı həyata keçirilmiş növbəti terror aktıdır. ilk hücum zamanı Ermənistan ərazisində yerləşdirilmiş “Skad-B” Taktiki Əməliyyat Raket Kompleksindən Gəncəyə atılan ballistik raketlər böyük dağıntılara və insan tələfatına səbəb olmuşdu. Belə ki, “Qələbə parkı”nın ətrafında yerləşən yaşayış binaları dağılmış, 5-i qadın olmaqla 10 nəfər həlak olmuş, 6-sı uşaq, 16-sı qadın olmaqla 35 nəfər yaralanmışdı. Sonuncu raket hücumu oktyabrın 17-də edilib və 13 nəfər həlak olub, 50-dən çox sakin yaralanıb. Ermənistanın Gəncəyə teror aktı nəticəsində 3 uşaq hər iki valideynini itirib. Gəncədə olan ölkə və yerli əhəmiyyətli tarixi abidələrə, dini məbədlərə, mədəniyyət obyektlərinə, habelə təhsil müəssisələrinə ciddi ziyan dəyib. 1887-ci ildə inşa edilmiş Aleksandr Nevski Rus Pravoslav Kilsəsi, XIV əsrin “İmamzadə” Dini-Memarlıq Abidə Kompleksi, vaxtı ilə “Kişi gimnaziyası” kimi fəaliyyət göstərən, hazırda isə Azərbaycan Dövlət Aqrar Universitetinin istifadəsində olan yerli əhəmiyyətli tarixi abidə və Nizami kinoteatrı zərər görüb. 5 məktəb və 6 Körpələr evi-uşaq bağçası, həmçinin Gəncə Musiqi Kollecinin binasına ciddi ziyan dəyib. Hansı ki, Gəncə ümumiyyətlə döyüş əməliyyatları zonasından təxminən 60 kilometr aralıda yerləşir. Lakin bizim raket atəşinə tutulan digər şəhər və bölgələrimiz də var. Bərdə, Qəbələ, Gədəbəy və digərləri. Beləliklə, Ermənistan özünü işğalçı və terrorçu ölkə kimi göstərib. Azərbaycan ərazisinə, Azərbaycan şəhərlərinə atəş açmaqla Ermənistan beynəlxalq qanunvericiliyi pozur, bilərəkdən cinayət törədir. Bu ağır cinayətlərə Beynəlxalq Cinayət Məhkəməsində, habelə BMT-nin Haaqa Beynəlxalq Məhkəməsində baxılmalı və Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn tələblərinə uyğun olaraq mühakimə olunmalıdır.”

aia.az

Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024