Mobil versiya
Səttar Möhbalıyev: “Ali Baş Komandan cənab İlham Əliyevin şəxsi nüfuzu Azərbaycana bir çox dünya dövlətlərinin dəstəyini təmin edib”
Tarix: 03-11-2020 | Saat: 12:14
Bölmə:Manşet / Siyasət / Seçilənlər-1 | çapa göndər

Səttar Möhbalıyev: “Ali Baş Komandan cənab İlham Əliyevin şəxsi nüfuzu Azərbaycana bir çox dünya dövlətlərinin dəstəyini təmin edib”




“Bu gün Cənubi Qafqaz regionu yeni və tamamilə fərqli bir hərbi-siyasi düzənilə diqqəti cəlb edən bir dönəmə qədəm qoymuşdur. Öz ölkəsinin bütün beynəlxalq qurum və təşkilatlar tərəfindən tanınmış qanuni ərazilərini erməni işğalından azad etmək məqsədilə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında uğurlu hərbi əməliyyatlar aparan şanlı Azərbaycan ordusu və bu ordunun arxasında daha böyük bir güc mənbəyi olaraq duran Azərbaycan xalqı öz Prezidenti ilə birlikdə bütün dünyaya əsil vətənpərvərlik və fədakarlıq nümunələrini təqdim etməkdədir.” Bu sözləri aia.az saytına verdiyi müsahibəsində Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev demişdir. Millət vəkili dünyada mövcud olan bir çox siyasi qüvvələrin köməyindən bəhrələnən erməni irticaçılarına qarşı Azərbaycanın apardığı bu haqq savaşında ölkəmizə dəstək olan dost ölkələrin rolunu xüsusi qeyd etmişdir. Həmçinin Səttar Möhbalıyev xüsusi olaraq vurğulamışdır ki, bu dostluqların qazanılmasında Ölkə Prezidenti cənab İlham Əliyevin şəxsi nüfuzu və dövlət başçımızın yürütdüyü uzaqgörən xarici siyasət həlledici rol oynamışdır: “Əlbəttə ki, Ermənistan heç zaman təkbətək döyüşdə Azərbaycana qarşı duruş gətirə biləcək bir gücə sahib olmamışdır. Həmçinin bu, 30 il bundan əvvəl də belə idi. Lakin o zaman Azərbaycanın daxilində vəziyyət indikindən çox fərqli idi. Eyni zamanda ermənilərə onloarın xaricdəki havadarları da açıq-aşkar kömək etməkdən çəkinmirdilər. Ali Baş Komandan cənab İlham Əliyev bu günlərdə ABŞ-ın “Fox News” televiziya kanalına verdiyi müsahibəsində də bu məsələyə çox dəqiqliklə toxunaraq demişdi: “Biz müharibədə məğlub olmamışdıq. Biz döyüşü uduzmuşduq. Bu da obyektiv səbəblər üzündən olmuşdur. Birincisi, Azərbaycanda daxili qeyri-sabitlik var idi, Ermənistan da bundan sui-istifadə etdi. İkincisi bu, Ermənistana açıq xarici dəstək üzündən baş vermişdir.” Lakin bu gün istər Azərbaycanın daxilində, istərsə də ölkəmizin dünya dövlətləri arasında sahib olduğu mövqeyi baxımından vəziyyət tamamilə fərqlidir. Bu gün Azərbaycan xalqı öz dövlət başçısı ilə indiyədək misli görünməmiş birlik nümayiş etdirir. Digər tərəfdən də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin on yeddi il ərzində davamlı olaraq həyata keçirdiyi düşünülmüş və məqsədyönlü daxili və xarici siyasət nəticəsində Azərbaycan bu gün sürətlə inkişaf edən güclü iqtisadiyyata, müasir silahlarla silahlanmış qüdrətli orduya və bütün dünyada böyük nüfuza, etibarlı dostlara sahib olan bir dövlətdir. Bir daha deyirəm Azərbaycan bütün bunlara Ölkə Prezidenti cənab İlham Əliyevin şəxsi nüfuzu və dövlət başçımızın yürütdüyü uzaqgörən daxili və xarici siyasət sayəsində sahib olmuşdur.”

Həmçinin millət vəkili yaranmış vəziyyətdə ilk növbədə qardaş Türkiyənin və ümumilikdə Türkdilli Dövlətlərin ölkəmizə göstərdikləri dəstəyi yüksək qiymətləndirmişdir: “Əlbəttə ki, qardaş Türkiyənin bu məsələdə Azərbaycanı dəstəkləməsi bizim üçün çox vacibdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də noyabrın 2-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bu məsələyə xüsusi olaraq toxunmuşdur. Cənab Prezident öz çıxışında demişdir: “Müharibənin ilk günlərindən biz Türkiyənin və digər qardaş, dost ölkələrin dəstəyini hiss edirik. Bildiyiniz kimi, Türkiyə Respublikasının Prezidenti, mənim əziz qardaşım bizə ilk dəstək verdi, çox əhəmiyyətli bəyanatlar verdi. Demişdi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Ondan sonra digər dost, qardaş ölkələrin dövlət və hökumət başçıları – Pakistan, Əfqanıstan və digər dövlətlərin dövlət və hökumət başçıları bizə dəstək göstərdilər. Şadam ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bizə dəstək göstərmişdir və Şuranın çox önəmli bəyanatı olmuşdur. Bu, türkdilli ölkələr arasındakı birliyin, həmrəyliyin təzahürüdür. Eyni zamanda, deyə bilərəm ki, Azərbaycan dünya miqyasında da çox böyük dəstək almışdır. Qoşulmama Hərəkatı 120 ölkəni özündə birləşdirən, BMT-dən sonra ikinci böyük beynəlxalq təsisatdır və İslam Əməkdaşlıq Təşkilatı da bizə dəstək göstərmişdir. Bu, əlbəttə, bir daha onu göstərir ki, bizim işimiz haqq işidir, biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz ərazimizdə müharibə aparırıq, eyni zamanda, bu təşkilatlarda cəmləşən ölkələrin Azərbaycana olan münasibətinin əlamətidir.” Əlbəttə, Ernənistana öz yerini göstərmək üçün, aqressoru öz torpaqlarımızdan qovmaq üçün bizim heç kəsin köməyinə ehtiyacımız yoxdur. Azərbaycan ordusu müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında bu vəzifənin öhdəsindən gəlmək iqtidarındadır və gəlir də. Lakin bu da bir həqiqətdir ki, Azərbaycanın hərbi uğurları fonunda bu gün regionda yaranan yeni reallıqlar heç də dünyadakı bütün siyasi qüvvələri təmin etmir. Bu səbəbdən də bu gün Azərbaycan hərb meydanı ilə birlikdə, həm də siyasi-diplomatik müstəvidə gərgin mübarizə aparmaqdadır. Məhz elə bu baxımdan da dost ölkələrin siyasi-mənəvi dəstəyi Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir.”

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024