Mobil versiya
596 nəfər COVID-19-a yoluxdu, 322 nəfər sağaldı, 13 nəfər vəfat etdi
Tarix: 02-11-2020 | Saat: 15:26
Bölmə:Karusel / Qərbi Azərbaycan | çapa göndər

596 nəfər COVID-19-a yoluxdu, 322 nəfər sağaldı, 13 nəfər vəfat etdi



Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 596 yeni yoluxma faktı qeydə alınıb, 322 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 57 040 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 44 479 nəfər müalicə olunaraq sağalıb, 753 nəfər vəfat edib, aktiv xəstə sayı 11 808 nəfərdir.

Ölkədə son sutka ərzində 5 081, hazırkı dövrədək isə 1 368 620 test aparılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə