Mobil versiya
Bütün dünya bilir ki, haqlı və ədalətli mövqe Azərbaycan tərəfindədir - Bahar Muradova
Tarix: 19-10-2020 | Saat: 17:52
Bölmə:Gündəm | çapa göndər

Bütün dünya bilir ki, haqlı və ədalətli mövqe Azərbaycan tərəfindədir -


Bütün dünya ictimaiyyəti bilir ki, haqlı və ədalətli mövqe Azərbaycan tərəfindədir və Azərbaycan haqq işini aparır.

Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı səfiri xanım Muriel Peneveyre ilə görüşündə deyib.

Onun sözlərinə görə, münaqişənin mövcud olduğu zamandan Azərbaycan bütün səviyyələrdə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda Azərbaycana yönələn bu təcavüz aktına dünya ictimaiyyətindən ədalətli mövqe bildirilməsini istəyib:

"Təəssüflər olsun ki, bu 30 ilin yekununda nəinki ümumilikdə ədalətli mövqe əldə etmək mümkün olmadı, hətta təcavüz indiki dövr üçün yeni bir formatda meydana çıxdı”.

B.Muradova İsveçrənin tərəflər arasında sülh danışıqları prosesinə verdiyi töhfələri xatırladaraq bildirib ki, İsveçrə hökuməti dünya miqyasındakı mövqeyindən, eləcə də beynəlxalq hüquqa olan münasibətindən qaynaqlanaraq müvafiq addımlar atır:

"Son hadisələrdə də İsveçrə tərəfinin növbəti dəfə danışığa imkan yaratması faktoruna baxmayaraq, təəssüf ki, Ermənistan tərəfi bu prosesdə iştirak etmədi".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5314 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-11-2020
20-11-2020