Mobil versiya
Şəhidin ömür yolu
Tarix: 19-10-2020 | Saat: 10:09
Bölmə:Gündəm | çapa göndər

Şəhidin ömür yolu



Torpaq uğrunda ölən varsa, vətəndir.Bu deyim elə belə deyilməyib.Həqiqi vətənoğlu bu torpağın uğrunda şirin canından keçməyi hər şeydən üstün tutub.Mərd, mübariz vətən oğullarının hesabına yurdumuz qorunub , yağılardan təmizlənib. Xalqımızın igid oğullarından birinin ömür yoluna nəzər salacağıq.

Şəhid Bağırov Namiq Nurəddin oğlu 30 avqust 1984 cü ildə Masallı rayonu Çaxırlı kəndində dünyaya gəlib. Çaxırlı kənd orta məktəbini bitirib. 2003-2005 ci illərdə Naxçıvan şəhərində hərbi xidmətdə olub.

Hərbi xidmətdən sonra ali təhsil almaq, arzularına qovuşmaq istəyirdi. Amma torpaqlarımızın düşmən tapdağı altında olması onun qəlbini incidirdi. Hələ uşaq ikən televizordan izlədiyi “20 yanvar faciəsi” , “Xocalı faciəsi” və digər fəlakətlər onun qəlbində düşmənə nifrət hissini alovlandırırdı.

Elə bu istəklə arzularının üstündən qələm çəkib müddətdən artıq hərbi xidmətə başladı.

2006 cı ildən 2020 ci ilədək vətən torpaqlarının qorunmasında şücaətlər göstərib.Savadlı hərbiçi kimi həmişə komandirlərinin təşəkkürlərinə layiq görülüb.

SON DÖYÜŞ... 2020 ci ilin oktyabr ayının 7 də qəhrəmanlıqla şəhid olub.Məzarı doğma yurdunda Masallı rayonu Çaxırlı kənd qəbristanlığındadır.

Ailəli idi. 1 yaş 6 aylıq Ayla adlı qız övladı var. Ayla hələ nələrin baş verdiyini anlamır.Amma vaxt gələcəy Ayla atası ilə fəxr edəcək .Hamıya fəxrlə deyəcək “erməni qəsbkarlarının” yurdumuzdan qovulmasında , rayonlarımızın , kəndlərimizin azad olunmasında mənim atamın da payı var.

aia.az







Məlumatlanmaq üçün Facebook səhifəmizi

7344 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-11-2020