Mobil versiya
Rəşad Mahmudov: Azərbaycan xalqı sadəcə sağlamlığı üçün deyil əsgəri üçün, ordusu üçün Covid-19-la mübarizə aparmalıdır
Tarix: 16-10-2020 | Saat: 18:00
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Rəşad Mahmudov:



Bütün dünya ölkələrindəki çağırışlardan fərqli olaraq Azərbaycan xalqı bu gün sadəcə sağlamlığı üçün deyil, hər birimizin bir dəqiqə belə unuda bilmədiyi əsgəri üçün, vətəni üçün, ordusu üçün Covid-19-a hamılıqla yox deməlidir!

Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov deyib.

Onun sözlərinə görə, bu gün hər birimiz korona virusa yoluxanların sayını azaltmağa deyil, hətta sıfırlamağa məcburuq. Gəlin səhiyyə işçilərimizi, həkimlərimizi Covid-19 mübarizəsiylə məşğul etməyək, fədakar tibb işçilərimizin gücünü ruhunu öz əsgərinə, öz ordusuna, öz haqqlı davası uğrunda mübarizədə zədələnmiş, xəsarət görmüş insanların sağlamlığına həsr edək!

Gəlin Ali Baş Komandan və hökümət üzvlərinin diqqətini səngərdən və haqlı davamızdan başqa heç bir yerə ayırmayaq!


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024