Mobil versiya
Azərbaycan haqq yolundadır - Allahşükür Paşazadə
Tarix: 16-10-2020 | Saat: 14:58
Bölmə:Manşet / Gündəm | çapa göndər

Azərbaycan haqq yolundadır -


Ermənistanın zəbt etdiyi yerlərdə çoxlu sayda məscidimiz məhv edilib, tarixi mənşəyi dəyişdirilib, ermənilər hətta orada olan kilsələrin də mənşəyini dəyişdirib. Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib.

A.Paşazadə bildirib ki, ermənilər Azərbaycan xalqına qarşı soyqırım, ağır cinayətlər törədiblər: “Ermənilər hətta cəsədlərə qarşı da təhqiramiz hərəkətlər edirdilər. O zaman biz cəsədlərə baxanda dəhşətə gəlirdik ki, insan necə belə vəhşilik törədə bilər”.

A.Paşazadə qeyd edib ki, Azərbaycan haqq yolundadır, öz əzəli torpaqlarını işğaldan azad edir: “Bu gün qardaş Türkiyə, İran və digər ölkələr Azərbaycanın haqq işinə öz dəstəklərini nümayiş etdirirlər. Möhtərəm Prezident bütün xalqı birləşdirə bildi. Hər kəs bu mübarzədə öz dəstəyini göstərir. İnanırıq ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024