Pandemiya ilə mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə 17,2 milyon manat ödənilib
Tarix: 06-10-2020 | Saat: 10:06
Bölmə:Qərbi Azərbaycan | çapa göndər
Azərbaycan Prezidentinin 18 mart 2020-ci il tarixli 1947 nömrəli Sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 avqust 2020-ci il tarixli 301 nömrəli Qərarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə avqust ayı üzrə iş vaxtına mütənasib olaraq müddətli əlavə ödənilib.
Agentlikdən aia.az-a verilən məlumata görə, Bakı şəhəri üzrə 34, respublikanın digər şəhər və rayonları üzrə 75 dövlət tibb müəssisəsinin 11424 nəfər tibb işçisinə və 2667 nəfər qeyri-tibb işçisinə avqust ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 17,2 milyon manat müddətli əlavə ödənilib.
Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına iş vaxtına mütənasib olaraq müddətli əlavələr aşağıdakı qaydada ödənilib:
1. Tibbi profilaktik tədbirləri həyata keçirən 2430 nəfər tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində cəmi 2,0 milyon manat ödənilib.
Ay ərzində iş günlərinə/saatlarına mütənasib hesablama düsturu: müddətli əlavə = (Vahid Tarif Cədvəli üzrə tarif maaşı / aylıq iş günlərinin sayı və ya iş saatları) x işçinin çalışdığı günlərin sayı x müddətli əlavənin misli
Agentliyin Maliyyə departamentinin rəhbəri Rasim Həsənov aşağıdakı nümunə ilə hesablamanı izah edir: “Xəstəxanada çalışan həkim laborantın 10-cu dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 360 manatdır. Həkim laborant koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 10 gün işə cəlb olunubsa, deməli 432 manat müddətli əlavə almalıdır. 432,00 = ((360 / 25) x 10) x 3. Qeyd edim ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq”.
2. Təcili tibbi yardım xidməti göstərən 3880 nəfər tibb işçisinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan 322 nəfər laboratoriya işçisinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində cəmi 5.7 milyon manat ödənilib.
R.Həsənov aşağıdakı nümunə ilə hesablama qaydasını izah edir: “Təcili və təxirəsalınmaz tibbi yardımda çalışan təcili tibbi yardım həkiminin 13-cü dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 406 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 60 saat işə cəlb olunubsa, deməli 649 manat 60 qəpik müddətli əlavə almalıdır. 649,60 = ((406 / 150) x 60) x 4. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq”.
3. Pasiyentlərə stasionar tibbi xidmət göstərən 4792 nəfər tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində cəmi 7,3 milyon manat ödənilib.
Maliyyə departamentinin rəhbərinin izahı: “Xəstəxanada çalışan həkimin 15-ci dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 440 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 10 gün işə cəlb olunubsa, deməli 880 manat müddətli əlavə almalıdır. 880,00 = ((440 / 25) x 10) x 5. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq”.
Onu da qeyd edək ki, 2667 nəfər qeyri-tibb işçisinə 3-5 misli məbləğində 2,2 milyon manat müddətli əlavə verilmişdir. Nümunə: Təcili və təxirəsalınmaz tibbi yardımda çalışan xadimənin 3-cü dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 271 manatdır. 5 günlük iş həftəsində çalışan xadimə koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 10 gün işə cəlb olunubsa, deməli 406 manat 50 qəpik müddətli əlavə almalıdır. 406,50 = ((271 / 20) x 10) x 3. Yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər