Mobil versiya
Bakıda vəzifəli şəxsin oğlu bacısını güllələyib öldürdü
Tarix: 21-09-2020 | Saat: 09:43
Bölmə:Karusel / Hadisə | çapa göndər

Bakıda vəzifəli şəxsin oğlu bacısını güllələyib öldürdü


Bakıda qətl hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Xəzər rayonunun Türkan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1996-cı il təvəllüdlü Məhəmməd Babayev münaqişə zəminində bacısı, 1996-cı il təvəllüdlü Aydan Babayevanı odlu silahla üç dəfə atəş açaraq qətlə yetirib.

M. Babayev daha sonra könüllü şəkildəpolisə təslim olub.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, hadisəni törədən şəxs Xəzər Rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayevin oğlu, ölən isə qızıdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5554 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-10-2020
27-10-2020