Mobil versiya
Azərbaycan səhiyyəsinin flaqmanları – 5 saylı Klinik Xəstəxana
Tarix: 15-09-2020 | Saat: 16:57
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Azərbaycan səhiyyəsinin flaqmanları – 5 saylı Klinik Xəstəxana




Bakı şəhər 5 saylı Kliniki Xəstəxananın timsalında bir daha ölkə səhiyyəsinin inkişafına göstərilən dövlət qayğısının yüksək nəticələrini müşahidə etmək mümkündür


Bu gün Azərbaycanda səhiyyə xidmətlərinin yüksək səviyyədə təşkili dövlətin qarşısında duran əsas prioritet istiqamətlərdən biridir. Ölkə rəhbərliyinin və birbaşa Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən ölkəmizdə yeni tibb müəssisələrinin inşası, eləcə də mövcud səhiyyə ocaqlarının əsaslı təmir edilərək tamamilə yeni bir formatda vətəndaşlarımızın xidmətinə verilməsi artıq çoxdan bir ənənə halını almışdır. Diqqətəlayiq haldır ki, bu istiqamətdə görülən işlər hətta pandemiya dövründə də eyni dinamika ilə davam etdirilmişdir.

Bir müddət əvvəl əsaslı təmir olunaraq, tamamilə yeni, daha yüksək standartlar səviyyəsində öz fəaliyyətini uğurla davam etdirən tibb müəssisələrindən biri də Bakı şəhər 5 saylı Kliniki Xəstəxanadır. Maddi texniki bazanın inkişaf etdirilməsi, kadrların ixtisas səviyyəsinin yüksəlməsi hesabına hazırda bu tibb müəssisəsində bir sıra ağır xəstəliklər müalicə olunur, mürəkkəb əməliyyatlar aparılır. Klinikanın bütün şöbə və laboratoriyaları, diaqnostika kabinetləri tibbin ən son nailiyyətləri olan avadanlıq və cihazlarla təmin edilib. Bir sözlə, 5 saylı Kliniki Xəstəxananın timsalında bir daha ölkə səhiyyəsinin inkişafına göstərilən dövlət qayğısının yüksək nəticələrini müşahidə etmək mümkündür.

Təbii ki, dövlət tərəfindən göstərilən bu diqqət və qayğının qarşılığında 5 saylı Kliniki Xəstəxananın tibbi personalı da onlara göstərilən etimadı doğrultmaq üçün əllərindən gələni edirlər. Məlum olduğu kimi, 2017-ci ilin noyabr ayından 5 saylı Kliniki Xəstəxananın baş həkimi vəzifəsinə Fazil Alməmmədov təyin olunub. Əldə etdiyimiz məlumatlara əsaslanaraq deyə bilərik ki, məhz bu təyinatdan sonra klinikanın fəaliyyəti ölkmizdə aparılan əsaslı islahatların tələblərinə uyğun şəkildə yenidən qurulub və bu gün 5 saylı Kliniki Xəstəxanada əhaliyə həqiqətəm də yüksək səviyyədə tibbi xidmətlər göstərilir. Aradan keçən bu müddət ərzində sözügedən xəstəxanada müalicə almış bir çox pasiyentlərdən eşitdiklərimizə görə, hazırda klinikada ciddi nizam-intizam olmaqla yanaşı, burada öz peşəsini mükəmməl bilən bilikli və təcrübəli həkimlər çalışırlar. Bir məqamı da xüsusilə vurğulamaq lazımdır ki, hazırda xəstəxananın elmi potensialı da yüksək səviyyədədir. Bu gün 5 saylı Kliniki Xəstəxana təkcə paytaxt sakinlərinə deyil, eyni zamanda bir çox rayon və bölgələrdə yaşayan vətəndaşlara da yüksək səviyyədə xidmət göstərir. Bütün bu uğurların təməlində də dövlət qayğısı ilə yanaşı xəstəxananın baş həkimi Fazil Alməmmədovun peşəkarlığı, öz işinə məsuliyyətlə yanaşma tərzi, dövlət tərəfindən qarşıya qoyulan vəzifələrin icrası üçün özünün və rəhbərlik etdiyi kollektivin bütün potensialını səfərbər etmək bacarığı durur.

Təəssüflər olsun ki, son vaxtlar bəzi informasiya saytlarının səhifələrində 5 saylı Kliniki Xəstəxananın rəhbərliyinə qarşı böhtan xarakterli məlumatların dərc olunduğunu da müşahidə edirik. Əlbəttə, istənilən bir müəssisə daxilində şəxsi ambisiyaları təmin edilməmiş hər hansı bir əməkdaş tərəfindən bu müəssisənin rəhbərliyi ilə bağlı müxtəlif instansiyalara, o cümlədən mətbuata şikayət olunması faktlarına heç də nadir hallarda rast gəlinmir. Lakin bu halda da bizim üzərimizə düşən vəzifə ən azından təqdim olunan iddialar ətrafında gərəkən araşdırma aparmaq və yalnız öz təsdiqini tapan faktları ictimai müzakirəyə çıxarmaqdır. Əks halda isə, yalnız bir tərəfin ittihamlarını, həm də nəticə etibarı ilə əsassız ittihamları əks etdirən bir yazı sonda bu yazını dərc etmiş mətbu orqanının özünün nüfuzuna xələl gətirə bilər.

aia.az
Abbas Abbasov
Elbrus Bağırpv



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024