İmişli Rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumtəhsil məktəblərində ilk dərs günü keçirilib - FOTOLAR
Tarix: 15-09-2020 | Saat: 14:32
Bölmə:Təhsil | çapa göndər

Yeni tədris ilində İmişli rayonunun ümumtəhsil məktəblərində 17674 nəfər şagird təhsil alacaq ki, onlardan 1680 nəfər I siniflərdə, məktəbəhazırlıq qruplarında isə 1390 nəfər uşaq, IX siniflərdə 1362 nəfər şagird və XI siniflərdə isə 1029 nəfər şagird təhsil alacaq.
Təhsil nazirinin əmrinə əsasən ilk dərslər I-IV siniflərdə (əyani formada) “Gigiyena qaydalarına necə əməl edirəm?”, V-IX siniflərdə (distant (məsafədən) formada) “Müstəqil öyrənmə bacarıqlarına yiyələnmək zamanın tələbidir”, X-XI siniflərdə (distant (məsafədən) formada) “Məsuliyyətli vətəndaş qüdrətli dövlət deməkdir” mövzularına həsr olunacaq.
Qeyd edək ki, 2020-2021-ci tədris ilində ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları, həmçinin Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş tədris planları əsasında təşkil ediləcək.
aia.az

Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-03-2025
28-02-2025