Ana Sayfa > Təhsil > İmişli Rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumtəhsil məktəblərində ilk dərs günü keçirilib

İmişli Rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumtəhsil məktəblərində ilk dərs günü keçirilib


15-09-2020, 14:32. Yazar: sevinc1
İmişli Rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumtəhsil məktəblərində ilk dərs günü keçirilib



Yeni tədris ilində İmişli rayonunun ümumtəhsil məktəblərində 17674 nəfər şagird təhsil alacaq ki, onlardan 1680 nəfər I siniflərdə, məktəbəhazırlıq qruplarında isə 1390 nəfər uşaq, IX siniflərdə 1362 nəfər şagird və XI siniflərdə isə 1029 nəfər şagird təhsil alacaq.
Təhsil nazirinin əmrinə əsasən ilk dərslər I-IV siniflərdə (əyani formada) “Gigiyena qaydalarına necə əməl edirəm?”, V-IX siniflərdə (distant (məsafədən) formada) “Müstəqil öyrənmə bacarıqlarına yiyələnmək zamanın tələbidir”, X-XI siniflərdə (distant (məsafədən) formada) “Məsuliyyətli vətəndaş qüdrətli dövlət deməkdir” mövzularına həsr olunacaq.

Qeyd edək ki, 2020-2021-ci tədris ilində ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları, həmçinin Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş tədris planları əsasında təşkil ediləcək.

aia.az







Geri dön