Mobil versiya
Ağdaş rayon icra başçısı ilə baş həkimin tender əməliyyatları
Tarix: 09-09-2020 | Saat: 12:57
Bölmə:Manşet / Qərbi Azərbaycan | çapa göndər

Ağdaş rayon  icra başçısı ilə baş həkimin tender əməliyyatları





Nuru Nuriyevin rəhbəri olduğu Ağdaş Mərkəzi Rayon Xəstəxana batır, kəndlərdəki tibb məntəqələri kağız üzərində təmir olunsa da, reallıqda uçmaq təhlükəsi ilə üz-üzədir. Ağdaş rayonunun səhiyyəsi məhv olmaq üzrədir.

AİA.AZ xəbər verir ki, baş həkim Nuru Nuriyevin pul qazanmaq həvəsi işi o həddə çatdırıb ki, ölkə Prezidentinin COVİD-19 infeksiyası ilə əlaqəli əmək şəraitinə görə, “dövlət tibb müəssisələrində çalışan tibb işçilərinin əmək haqlarına aylıq vəzifə maaşlarının 3-5 mislinədək miqdarda müddətli əlavə” sərəncamına əməl etmir. Həyatlarını riskə atan tibb işçilərinə verilməli olan əlavə maaşı müəssisədə işləyən öz qohumları, katibəsi, mühafizə xidməti işçiləri ilə “yarı-yarı” bölür.
Nuru Nuruyev müəssisəni “özəlləşdirib”- oğlu Rövşən Nuriyevi hüquqşünas, həyat yoldaşı Hicran Nuriyevanı fizioterapiya şöbəsinə müdir təyin edib. Həmçinin, xəstəxananın köhnə binasında çayxana – kafe yaradaraq, qaynı Məmmədəlinin istifadəsinə verib.

Təcili yardım maşınlarının təmiri öz vəsaitləri hesabına edilir, direktor Nuru Nuruyev isə təmir adı ilə dövlət büdcəsindən pul “silir.” Bu ilin may ayında, bir qrup tibb işçilərinin həm aidiyyatı qurumlara, həm də sosial media vasitəsi ilə etdikləri şikayətlərə görə, direktor Nuru Nuruyev onlara qarşı hədə – qorxu gələrək, təzyiqlər edib. 8 işçini əvvəlki iki ayın maaşlarını vermədən COVİD-19 qrupundan çıxarıb. Bundan başqa, daxili əmrlərlə bu işçilərin iş qrafiklərini dəyişdirərək, bir – biri ilə əlaqə saxlaya bilməməsinə səbəb olmuşdur. Bu səkkiz nəfərdən biri, Əhmədova Simuzər Etibar qızına isə xüsusilə təzyiqlər edilmişdir.

Lakin peşəkar jurnalistikanın tələblərinə uyğun olaraq biz qarşı tərəfin də fikrini öyrənməyə cəhd etdik. Ağdaş Mərkəzi Rayon Xəstəxanasının rəsmisi ilə dəfələrlə əlaqə saxlasaq da, telefona cavab verilməyib.

Nuru Nuruyevin mobil telefonunun öyrənməyə cəhd etsəkdə cavabsız qaldı. Çünki, həmin nömrəni bilənlərin çoxu “Bağışlayın olsa da... Suallarınıza cavab verə bilmərəm”- Ağdaş Rayonu İcra Hakimiyyəti Başçısının katibəsi deyib.
Aydın məsələdir ki, Nuru Nuriyev dövlət büdcəsindən ayrılmış pulları təkbaşına yemir və burada icra başçısının da payı var.

AİA.AZ-ın araşdırmalarına görə, şikayətlərə görə Bakıya çağırılan Nuru Nuruyev, Ağdaşa qayıtdıqdan sonra müəssisədə işləyən qohumlarını yığıb, onu tərifləyən məktublar yazdırmışdır. Şikayətlərin araşdırılması üçün xəstəxanaya gələn Ağdaş RİH başçısının müavini Aynur Novruzova isə tələm – tələsik, heç kimi dindirmədən işçilərin qarşısında “Nuru doktor düz deyir” deyərək, geri qayıdıb. Bununla razılaşmayan şikayətçilər isə onun arxasınca RİH -nə gedərək “iclas çağırılmalı, protokol, çıxarış tərtib edilməli, sonra kimin düz, kimin səhv olduğunu deyə bilərsiz”, sözlərinə qarşı əlacsız qalaraq “mənlik deyil”, deyə bildirib.

Qeyd edək ki, Bundan öncə də Ağdaş Rayon Mərkəzi Xəstəxanasının həkimləri etiraz aksiyası keçirmişdilər. Onlar koronovirusla mübarizə aparan tibb işçiləri üçün ayrılmış əlavə ödəmələri ala bilmədiklərindən şikayətlənirdilər. Xatırladaq ki, Prezident mart ayının 18-də koronovirusla mübarizəyə qoşulan tibb işçilərinin sosial müdafəsinin gücləndirilməsi üçün sərəncam imzalamışdı. Bu məsələ ilə bağlı araşdırmamış davam edir.

aia.az
Joker




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024