Mobil versiya
Azərbaycanda 89 nəfər COVİD-19-a yoluxub, 132 nəfər sağalıb, 3 nəfər vəfat edib
Tarix: 07-09-2020 | Saat: 17:07
Bölmə:Karusel / Qərbi Azərbaycan | çapa göndər

Azərbaycanda 89 nəfər COVİD-19-a yoluxub, 132 nəfər sağalıb, 3 nəfər vəfat edib


Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına 89 yeni yoluxma faktı qeydə alınıb, 132 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 37 418 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34 837 nəfər müalicə olunaraq sağalıb, 551 nəfər vəfat edib, aktiv xəstə sayı 2030 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 936, ötən müddət ərzində isə ümumilikdə 967 040 test aparılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024