Mobil versiya
Tülkünün ad günü
Tarix: 31-08-2020 | Saat: 12:40
Bölmə:Yazar1 | çapa göndər

Tülkünün ad günü



Şəcahan Gün



Tülkü dostlarını ad gününə dəvət etmişdi. Fikirləşdi ki, necə etsin ki, bu ad günü daha da yaddaqalan olsun. Qonşuluqda kök bir çil xoruz vardı. Tülkünün gözü çoxdan ona düşmüşdü. Dostlarına söz vermişdi ki, ad günündə mütləq onları çil xoruzun ətinə qonaq edəcək, nə vaxtdandır ki, dişlərinə ət dəymir.

Kolun dibində gizlənib xeyli gözlədi. Vaxt keçirdi. Roki isə ağacın kölgəsində rahatca uzanıb xoruz və toyuqları güdürdü ki, birdən tülkü gəlib onları oğurlayar. Bir azdan qonaqları gələcəkdi. Həyəcandan az qalırdı ki, tülkünün ürəyi partlasın.

Nəhayət, Roki ağacın dibində başını atıb yatdı. Tülkü yavaş – yavaş sürünərək, çil xoruzun üstünə atıldı.

Qoz ğacından qarğa tülkünün hərəkətlərini izləyirdi. Onun pis niyyətini duyub bərkdən qarıldadı. Roki dostu qarğanın səsinə oyandı. Tülkünün üstünə atıldı.Tülkü güclə xilas ola bildi. Kor – peşman, əliboş yuvasına döndü. Dostları onu belə görüb, bir söz demədən, ac - susuz çıxıb getdilər. Tülkü xəcalətindən gizlənməyə yer axtarırdı. O gündən söz verdi ki, mütləq qarğanı tapıb cəzalandıracaq.

Qarğa başının dəstəsi ilə zibilliyə yem dalınca getmişdi.Tülkü qoz ağacının dibinə düşən qozları yığdı. Gözlədi, axşam düşdü. O, qozları qarğanın yolunun üstünə, onun görə biəcəyi yerə qoydu. Qarğa axşam zibillikdən qayıdanda qozları görüb sevindi və yerə qondu. Özü də ac idi, zibillikdən yeməyə bir şey tapmamışdı. Elə təzəcə qozu ağzına almaq istəyirdi ki, tülkü arxadan atılıb onu tutdu:

-İndi səni dostlarıma qonaq edərəm, onda bilərsən ki, başqasının çörəyinə bais olmaq nə deməkdir. Qarğa dedi:

- Sən haqlısan, tülkü qardaş, mən günahımı etiraf edirəm, məni cəzalandır.

- Səni tavada qızardıb dostlarımla yeyəcəm.

-Görürəm, sən çox alicənab tülküsən. Ona görə də sənə bir sirr açacam. Kim bizim ətimizi dadsa dərhal ölür, nəslimiz belədir. Sən özün mənim ətimdən yemə.

Tülkü qarğanın bu sözləründən sonra xeyli düşündü.

-Yaxşı, mən sənə başqa cəza verərəm.

Qarğa kədərlə dedi:

-Mən bütün cəzalara layiqəm. Hətta ən ağırına da. Səndən yenə də bir xahişim var. Bizim nəsildən kim ölsə, onu yaxınlıqdakı əhəng quyusuya atırlar ki, heç bir canlıya zərər gəlməsin. İndi ki, mənim sonum gəlib çatıb, məni də o quyuya at, ölüb nəslimin, kökümün yanında qalım.

Tülkü razılaşdı. Sevinə sevinə quyuya doğru getdi.

Qarğa qışqırdı:

-Yox, yox oraya yaxınlaşma!

- Nə üçün? – tülkü soruşdu.

- O quyunun havası çox zəhərlidir. Kim quyuya yaxınlaşarsa, dərhal zəhərlənib ölür. Elə uzaqdan məni quyuya at.

Axmaq tülkü qarğanın bu sözlərinə inandı, uzaqdan qarğanı quyuya atdı. Qarğa isə uçub qoz ağacına qondu və təbəssümlə tülküyə baxıb gülümsündü.

Ağıllı qarğanı cəzalandırmaq, o qədər də asan deyildi.




Məlumatlanmaq üçün Facebook səhifəmizi

57 984 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-11-2020
26-11-2020