Bakıdakı COVİD-19 xəstəxanalarında doluluq səviyyəsi 30-35 faizə enib - TƏBİB
Tarix: 05-08-2020 | Saat: 16:55
Bölmə:Qərbi Azərbaycan | çapa göndər
Bakı şəhərində COVİD-19 xəstəxanalarında doluluq səviyyəsi 30-35, rayonlarda isə 20 faizə enib.
Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı deyib.
Onun sözlərinə görə, amma reanimasiya şöbələrindəki yataqlarda doluluq faizi yüksəkdir:
“Dünya ölkələrində də bu vəziyyəti görmək olar. Dünyada xəstəliyin yoluxma sürəti məhdudlaşdırılıb, amma xəstəliyin ağır keçirilmə tendensiyası var. Buna görə də reanimasiya yataqlarında doluluq var”.
Boş çarpayı sayının sürətlə artmasına səbəb olan amillər haqqında danışan R.Bayramlı qeyd edib ki, əvvəl orta çarpayı günü 14-15 gün təşkil edirdi:
“Amma təcrübə qazandıqca, xəstəliyin gedişatı barədə tibbi məlumatlar çoxaldıqca xəstələri daha erkən evə yaza bilirik. Bəzi xəstəxanalarda bu müddət artıq 7 günədək enib. Bəzi xəstəxanalarda isə bu müddət 8-10 gündür. Təlimlər keçdikcə bu rəqəmi daha da aşağı sala biləcəyik".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər