Mobil versiya
Minsk qrupuna daxil olan bütün dövlətlərin iştirakı ilə geniş iclasın keçirilməsinə ehtiyac var - PA rəsmisi
Tarix: 21-07-2020 | Saat: 12:15
Bölmə:Siyasət | çapa göndər

Minsk qrupuna daxil olan bütün dövlətlərin iştirakı ilə geniş iclasın keçirilməsinə ehtiyac var -


ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı onu deməliyəm ki, Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı imitasiya xarakteri daşıyan danışıqlarda iştirak etmək fikrində deyil.

Trend-in məlumatlna görə, bunu bu gün mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, danışıqlar Minsk qrupunun mandatına uyğun çərçivədə aparılmalıdır. O qeyd edib ki, Minsk qrupunun mandatı beynəlxalq prinsipləri, Helsinki Yekun Aktını, BMT-nin qətnamələrini əsas tutaraq danışıqları aparmaqdır.

H.Hacıyev qeyd edib ki, Azərbaycan tərəfi gözləyir ki, Minsk qrupunun həmsədrləri öz səylərini artırsınlar və danışıqlar daha intensiv aparılsın. O əlavə edib ki, Minsk qrupu prosesində 11 dövət iştirak edir və bu dövlətlərin hər birinin iştirakı ilə geniş iclasın keçirilməsinə ehtiyac var.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024